Rahim Hüseynov :Hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi

Rahim Hüseynov :Hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi









Hüseynov Rahim Məmməd oğlu - professor, “Təfəkkür” Universitetinin rektoru, Biologiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovnikidir.

Professor, “Təfəkkür” Universitetinin rektoru Rahim Hüseynov 18 Oktyabr – Milli Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.

1991-ci ilin 18 oktyabrında parlament tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı”nın qəbul olunması tariximizin çox şərəfli bir səhifəsidir. Bu, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda apardığımız mübarizənin məntiqi yekunu idi. Ölkəmiz bolşevik istilası nəticəsində 1920-ci ildə itirdiyi müstəqilliyinə əsrin sonunda yenidən qovuşdu.

1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir. O, gündən ölkədə nəinki siyasi, iqtisadi və sosial quruculuğun əsasları təşəkkül tapdı, həmçinin qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan millətlərarası və dinlərarası münasibətlər sistemi quruldu. Bu Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasi xəttin uzaqgörənliyini sübut edir.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Bizim üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Qəlbində Azərbaycan sevgisi ilə yaşayan soydaşlarımızı Müstəqillik günü münasibəti ilə təbrik edir, hər birinizə fəal vətəndaşlıq mövqeyi, müstəqilliyimizin və azadlığımızın əbədi olmasını arzulayıram.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər