94 nömrəli orta məktəbin 4B sinifinin şagirdlərindən müəllimlər günü münasibəti ilə təbrik

94 nömrəli orta məktəbin 4B sinifinin şagirdlərindən müəllimlər günü münasibəti ilə təbrik











Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən antik yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar.

Artıq illərdir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoqların peşə bayramını qeyd etdikləri gündür.

94 nömrəli tam orta məktəbin şagirdi Əlacı Ramal Mehdizadə və sinif yoldaşları adından bizim fəxrlərimiz olan və başda Bakı şəhəri 94 nömrəli tam orta məktəbin direktoru Şəmsəddin Vəliyev, 4B sinifin müəllimi Lalə xanımı və onların simasında bütün respublikada pedaqoji fəaliyyətlə məşğul olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik edirik.

Bayramınız mübarək, əziz müəllimlər!


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər