Cəmi 4 gün sonra nə olacağını bilməyən baş bankir - “Nə deyirsə, tərsinə olur”

Cəmi 4 gün sonra nə olacağını bilməyən baş bankir - “Nə deyirsə, tərsinə olur”













AMB sədri sentyabrın 26-da “Bank Standard”da kəskin vəziyyətin aradan qaldırıldığını desə də, cəmi 4 gün sonra MBNP Direktorlar Şurasının qərarı ilə həmin bankın lisenziyası ləğv edilib

“Bank Standard”da kəskin durumun aradan qaldırılması barədə sentyabrın 26-da söylədiklərindən sonra Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri sədri Elman Rüstəmovun rəhbərlik etdiyi sektorda baş verənlərdən xəbərdar olub-olmaması məsələsi ictimai rəydə bir daha sorğulanmağa başlanıb. Axı ölkə baş bankirinin bu açıqlamasının üstündən çox yox, cəmi 4 gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə həmin bankın lisenziyası ləğv edilib.

Mərkəzi banklara inam, sadəcə, onların valyuta ehtiyatlarından deyil, xeyli dərəcədə bank rəhbərlərinə inamdan da qaynaqlanır. Bu baxımdan E.Rüstəmov özünə inamı sarsıtmaq üçün çox “addımlar” atıb. Manatın dəyərsizləşməyəcəyinə dair ard-arda iki bəyanatından sonra Azərbaycan hər dəfə yeni devalvasiyanın ağuşuna düşüb.

“Etimad onsuz da yox idi”


Cəmi 4 gün sonra nə olacağını bilməyən baş bankir - “Nə deyirsə, tərsinə olur”

Bank eksperti Əkrəm Həsənov durumu şərh edərkən deyir ki, “Bank Standard”ın lisenziyası geri alınanadək də E. Rüstəmovun bəyanatlarına inanan yox idi: “Hadisələr göstərir ki, onun proseslərə təsiri çox da güclü deyil. Yəqin, mövqeyi zəifləyib və qərarları Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası qəbul edir”.

Ekspert “Bank Standard”ın E. Rüstəmov banklara nəzarətə MBNP-nin deyil, məhz E. Rüstəmovun rəhbərlik etdiyi dövrdə çətin duruma düşdüyünü vurğulayır: “Bankın lisenziyasının ləğvi ilə bağlı vaxtın uzadılması ona sərfəli idi, çünki məsuliyyəti üzərindən ata bilərdi. Yəqin, o, sentyabrın 26-da bəyanat verəndə, başqa strukturları fakt qarşısında qoymaq istəyib”.

“Elman Rüstəmov 200 min insandan üzr istəməlidir”

İqtisadçı ekspert Natiq Cəfərlinin də fikrincə, E. Rüstəmov belə yanlış bəyanatlara görə mənəvi məsuliyyət daşıyır: “Bu bankda 200 minədək insanın depoziti olub. AMB rəhbərinin bəyanatı çoxlarını sakitləşdirdi. E. Rüstəmov onlardan üzr istəməlidir”.

Cəmi 4 gündən sonra nə baş verəcəyini bilməyən E. Rüstəmovun AMB rəhbəri kreslosunda niyə oturduğunu soruşan ekspert fikrini belə tamamlayır: “AMB kimi vacib, nüfuzlu bir qurumun rəhbərinin hər kəlməsi “bir ton qızıl” qiymətində olmalı, bazarlara sözlü müdaxilələri “zəlzələ” effekti yaratmalı, güvən mənbəyinə çevrilməlidir. AMB sədri isə nə deyirsə, tərsinə olur”.

“Vəsaiti bankda qalan şirkətlər necə işləyəcək ki…”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli “Bank Standard”ın nəzarətdənkənar qaldığını düşünür: “Bankın maliyyə vəziyyətini öyrənmək çətin məsələdir, çünki 2013 ilin nəticələrindən sonra maliyyə hesabatları bu qurumun saytına yerləşdirilməyib”.

Ekspertin fikrincə, indi ən ciddi məsələ şirkətlərin həmin bankda saxlanan vəsaitlərinin taleyidir: “Bu böyüklükdə bankın bağlanması ilə hesablarda vəsaiti qalan şirkətlər, ən yaxşı halda, Əmanətlərin Sığortalanması Fondu vəsaitlərini geri götürəndən sonra onu hissə-hissə ala biləcəklər. Hələ bəxtləri gətirsə, 3 il gözləməli olacaqlar. Bu müddət ərzində vəsaiti bankda qalan, likvidliyi ən aşağı səviyyəyə düşən, iqtisadiyyatın daralması fonunda gəlirləri kəskin azalan şirkətlər necə işləyəcək ki, iqtisadiyyati bu vəziyyətdən çıxarmaq üçün əlavə dəyər yarada bilsinlər?”.

C.İbrahimli əhalinin əmanətləri ilə yanaşı, şirkətlərin də vəsaitlərinin, heç olmasa, qismən qaytarılmasını həlli vacib məsələ sayır.

“Bankı idarə etmək bizim səlahiyyətimiz deyil”


Cəmi 4 gün sonra nə olacağını bilməyən baş bankir - “Nə deyirsə, tərsinə olur”

Sentyabrın 30-da “Bank Standard”ın lisenziyası ləğv edilib. Beləcə, Azərbaycanda bu il lisenziyası ləğv edilən bankların sayı 11-ə çatıb.
MBNP rəhbəri R. Aslanlı “Bank Standard”ın bağlanmasını belə əsaslandırıb:“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. Üç ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5 min manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib(azadlıq.org)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər