BDU-da erməni dili kursları təşkil olunacaq

BDU-da erməni dili kursları təşkil olunacaq
















Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.

Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

O bildirib ki, “Düşmənlə öz dilində mübarizə aparaq!” devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.

“6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mərkəzə müraciət edə bilərlər”, - deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18:00-da başlayacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər