Bakıda iş adamı villasında özünü güllələdi

Bakıda iş adamı villasında özünü güllələdi

















Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində, 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib.

O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, “Vinçester” markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.

İntihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər