Nofəl Hacıyev: Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq

Nofəl Hacıyev: Azərbaycan sürətlə, inamla inkişaf edir, gələcəyimiz də daha yaxşı olacaq









Hazırda dünyada qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycanda ümumi inkişafa xidmət edən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, bir çox sahələrdə struktur islahatları aparılır, daha çevik idarəetmə mexanizmləri yaradılır. Elə aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da birinci rübdə ölkəmizdə sürətli iqtisadi islahatların aparıldığını vurğulayan dövlət başçısı bütövlükdə 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını bəyan etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm bir addım kimi qiymətləndirilməlidir. Yeni qanunun qəbulunu birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Azərbaycan dövləti hər zaman sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir.

ölkə rəhbərinin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2016-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi-cənab Prezidentin qarşıya qoyduğu başlıca hədəflərdir.


Nofəl Hacıyev iş adamı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər