Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi

Zakir Həsənovdan əsgər valideynlərinə bayram hədiyyəsi














Bu gün saat 11:00-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi hissələrdə “Açıq qapı” günü təşkil olunacaq

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, “Açıq qapı” günü ənənəyə uyğun olaraq Qurban bayramı ilə əlaqədar təşkil edilir.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər