Ağdaşda 45 yaşlı kişinin qulağını kəsdilər

Ağdaşda 45 yaşlı kişinin qulağını kəsdilər















Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi, 1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.

M.Allahverdiyev Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər