Lənkəranda faciə: 5 nəfər ölüb, 5 nəfər yaralanıb –FOTOLAR

Lənkəranda faciə: 5 nəfər ölüb, 5 nəfər yaralanıb –FOTOLAR















Lənkəran rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un məlumatına görə, hadisə zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə gətirilib.

Ölənlər - sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada dünyasını dəyişib).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılar - Elşən Ağazadə, Akif Nuriyev, Elvin Mirzəzadə.

Yaralılardan ikisinin adı hələlik müəyyənləşməyib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, "VAZ 2106" və "Mercedes" markalı
minik avtomobilləri toqquşub. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


Lənkəranda faciə: 5 nəfər ölüb, 5 nəfər yaralanıb –FOTOLAR
Lənkəranda faciə: 5 nəfər ölüb, 5 nəfər yaralanıb –FOTOLARБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər