Sumqayıt rabitəsində yeni texnologiyalar - Sumqayıt Telekommunikasiya Qovşağının rəisi İqbal Yusifov

Sumqayıt rabitəsində yeni texnologiyalar - Sumqayıt Telekommunikasiya Qovşağının rəisi İqbal Yusifov





Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən quruculuq siyasəti nəticəsində ölkəmizdəki hərtərəfli inkişafda Sumqayıt şəhərində də müsbət nəticələr əldə edib.

Sumqayıt bu günlərdə özünün inkişaf dövrünü yaşayır. Şəhərdə kompleks işlər görülür. Sumqayıtda nəinki mərkəzi küçələr, hətta ən kənar, diqqətdən uzaq qalan ərazilər də abadlaşdırlır, yaşıllığa, gül-çiçəyə bürünür. Hazırda Sumqayıtda müxtəlif istiqamətlər üzrə bir sıra ərazilərdə intensiv işlər gedir.

Sumqayıtda ötən ili uğurla yola salan kollektivlərdən biri də şəhər telekommunikasiya qovşağıdır. Müxbirimiz qovşağın rəisi İqbal Yusifovla görüşərək ondan kollektivin uğurları və bu ilin birinci rübündə görülən işlər barədə danışmasını xahiş etmişdir. İqbal müəllim demişdir:
Sumqayıt rayon Telekommunikasiya Qovşağı və Sumqayıt Poçtamptı şəhər əhalisinə yüksəkkeyfiyyətli rabitə və poçt xidmətləri göstərib.

—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və inamla həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi qüdrəti durmadan artır. Siyasi arenada nüfuzu yüksəlir və ölkə əhalisinin sosial təminatı yaxşılaşdırılır. Bu gün Azərbaycan dövləti tərəfindən aparılan iqtisadi siyasətin əsas strateji xətti qeyri–neft sektorunun inkişafına nail olmaq, iqtisadiyyatın şaxələndirilməsi və yeni sahələrin inkişafı üçün geniş imkanlar yaratmaqdır.

2013–cü il tarixdə İKT ilinin elan olunması ölkəmiz üçün çox əhəmiyyətli olan bir neçə irihəcmli layihələrin icra olunması ilə yadda qalacaqdır. Bunlardan bir neçəsini sadalamaq istərdim. Ən əsas süni peykin orbitə qaldırılması, rəqəmsal televiziya yayımının geniş tətbiqi, informasiya və kommunikasiya sahəsində beynəlxalq konfransların, sərgilərin Azərbaycanda keçirilməsi və sairə nəzərdə tutulmuşdur.

Respublikamızda rabitənin sürətli inkişafı Sumqayıt şəhərindən də yan keçməmiş, əslində ən böyük layihələr bizim şəhərdə icra olunmuş, sözün əsl mənasında, Sumqayıt rabitəsi yeni texnologiyaların tətbiqi üçün bir poliqon rolunu oynamışdır.

Sumqayıt Telekommunikasiya Qovşağının kollektivi söz verir ki, İKT və rabitə sektorunun tərəqqisi istiqamətində bundan sonra da əllərindən gələni edəcək, şəhərin dayanıqlı və davamlı inkişafı üçün bütün qüvvələrini səfərbərliyə alacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər