Qurban bayramı ilə bağlı əmr verildi

Qurban bayramı ilə bağlı əmr verildi











Sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilir

Trend bildirir ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.

Əmr respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısını alması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə verilib.

Rayon, şəhər baytarlıq idarələrinin rəislərinə Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirmək tapşırılıb. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.

Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə Baytarlıq Şəhadətnamənin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər