"...Bunun ağır nəticəsini tezliklə görəcəyik" - Müsahibə

"...Bunun ağır nəticəsini tezliklə görəcəyik" - Müsahibə







2015-ci ildə ilk dəfə psixi və davranış pozuntuları diaqnozu ilə 5107 xəstə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatlarını araşdıranda məlum olur ki, əvvəlki illə müqayisədə ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında azı iki dəfə artım qeydə alınıb. Mütəxəssislər həmçinin bu xəstəliyin “cavanlaşdığını”, başqa sözlə desək, 16-35 yaş arası insanlar arasında ruhı xəstələrin sayının artdığını bildirblər. Qaynarinfo.Az mövzu ilə bağlı HUMEL Psixologiya Mərkəzinin əməkdaşı Taryel Faziloğludan müsahibə alıb. Müsahibəni təqdim edirik.
- Ötən il əvvəlki illərlə müqayisədə ölkəmizdə ilk dəfə psixi və ya ruhi xəstə diaqnozu qoyulan insanların sayı iki dəfə artıb. Bu, təkcə ölkədəki iqtisadi kataklizmlərlə bağlıdır, yoxsa başqa ciddi səbəblər var?

- Son dövrlər cəmiyyətdə gedən proseslərə nəzər salsaq, bu rəqəmi hələ aşağı hesab etmək olar. Cünki cəmiyyətdə kompleks problemlər yaşanır. Kompleks problemlərin də kökündə əlbəttə ki, iqtisadi proseslər, manatın devalvasiyası, sosial yöndə daxili təhlükəsizlik və daxili güvən hissinin böyük ölçüdə zədələnməsi durur. Ardınca da dünyada baş verən proseslər və bunların Azərbaycana müəyyən təsirləri, üstəlik Qarabağ məsələsində avqust -aprel hadisələri zamanı insanlarda emosiyaların yüksəlməsi, sonra yenidən xəyal qırıqlığına uğraması psixi gərginliyin artmasına səbəb olub.

- Sosial şəbəkələr insanların ürəyini boşaltmaq, dərdini paylaşmaq üçün bir məkan olsa da, psixoloqlar birmənalı şəkildə onun mənfi rolunu önə çəkirlər. Sizdəmi belə düşünürsünüz?
- Sosial şəbəkələrin insanlar arasında populyarlaşması, insanların həyatlarının sürəkli şəkildə virtuallaşması, onların real həyatdan qopmaları kompleks şəkildə insanlarda psixi problemlərin artmasına səbəb olur. Məlumdur ki, psixi problemlərin artması insanların psixoloji immunitetinin zəifləməsindən dolayı psixi təzyiqlərə müqavimət göstərə bilməməsindən irəli gəlir. Başqa sözlə desək, bunun iki tərəfi var: artan psixi təzyiq və azalan psixi immunitet. Sosial şəbəkələr bu immuniteti azaldır. Psixoloqlar bu baxımdan onun mənfi tərəfini qabardırlar. Gördüyünüz kimi, artıq 10, bəzən bundan da kiçik yaşlı uşaqlar sosial şəbəkələrdə fəallaşmağa başlayıblar. Uşaqlarda kiçik yaşlarından sosial şəbəkələrdən istifadə etmək azadlığı onlara özünü yaşından böyük təqdim edə bilmək, yalançı obrazlaşma imkanı verir. Nəticə etibarilə onlar hətta ikili-üçlü seçim etmək imkanı da qazana bilirlər. Həyatları tamamilə virtuallaşır, real həyatda özlərini diskomfortda hiss edirlər. Sonda bu gətirib ağır psixi problemlərər çıxara bilir.

- Qida amili nə dərəcədə rol oynayır bu xəstəliklərdə?

- Psixi xəstəliklərin artmasına ciddi səbəb olan amillərdən biri də qidadır. Son zamanlar qidaların əksəriyyəti kimyəvi tərkibli olduğu üçün insanların psixikasına ciddi təsir. Kimyəvi təsirlərə qarşı bədənin ən zəif orqanı sinir sistemidir. Yəni sinir sistemi daha həssasdır, onun zədələnməsi risqi yüksəkdir.
- Yeniyetmələr arasında intiharın və adam öldürmə cinayətlərinin artması psixi pozğunluqlarla bağlıdırmı?

- Bu günkü yeniyetmələrin aqressiv olması həm təbii, həm də qeyri-təbii amillərlə izah oluna bilər. Yeniyetməlik dövründə, harmonal inkişaf dövründə, hələ zəif olan hormonlar birdən-birə yüklənir, buna görə də insan həddindən artıq emosional və çılğın olur. Bu, təbii amildir. Buna yeniyertməlik-böhran dövrü deyirlər. Bu, çox ciddi bir böhran dövrüdür. Bu dövr insanı mütləq psixoloji nəzarətdə olmalıdır. İkinci qeyri-təbii amil isə onların məruz qaldığı kənar təsirlərdir. Bu sırada ilk yerdə informasiya terroru durur. Bu gün Azərbaycan televiziyalarına baxsanız, bütün xəbər sistemlərində kriminal aləmin, kriminal mühitin təbliği ilə bağlı geniş xəbər çeşidliliyi görərsiniz.

- Siz psixoloji nəzarətdən danışdınız. Bəzi valideynlər bu dövrdə uşaqlara tam azadlıq verirlər. O cümlədən, tərbiyə məsələsində. Sizcə yeniyetməni həm də emosiyalarını cilovlamağa öyrətmək lazım deyilmi?
- Bəli, yeniyetməlik dövrü insanının daha məsuliyyətli olması gərəkir. Araşdırmalar göstərir ki, bu dönəmdə insanın verdiyi qərarların cəmi 14-16 faizi məntiqidir. Qalan bütün qərarları emosiyalarından, hislərdən irəli gələn qərarlardır. Bu da o deməkdir ki, bu dönəm insanı ilə münasibətdə azadlıqla məsuliyyət hissinin sintezindən istifadə etmək lazımdır. Həmin yeniyetmənin özüylə bağlı qərarlarnın məsuliyyətini onun öz üzərinə buraxmaq lazımdır. Ona öz qərarlarının məsuliyyətini daşıdığını da aşılamaq və bunu azadlıq kimi təqdim etmək lazımdır. Əksər valideynlər isə qərar vermək sərbəstliyini uşaqlara verirlər, amma məsuliyyəti öz üzərlərində saxlayırlar. Çətinə düşəndə onun problemlərini həll edirlər və sair. Bir neçə dəfə belə olduqdan sonra həmin yeniyetmə məsuliyyət hissindən tam azad olur və həmişə belə yaşamaq istəyir. Buna görə də çox ciddi problemlər yaşayır.

- Yeri gəlmişkən, bu yaxınlarda Rövşən Lənkəranski rəhmətə getdi. Məqsədli və məqsədsiz onun yaşadığı həyatın, xüsusilə gənclər arasında təbliği getdi. Amma hansısa ciddi kəşflə və ya istedadı ilə dünyanı heyrətə gətirən hər hansı azərbaycanlı haqda xəbər heç kimi maraqlandırmır. Belə adamlar təbliğ olunmur, onun özü haqda, ailəsi, atası, anası haqda xəbərlər araşdırılıb, gündəmə gətirilmir... Cəmiyyətin bu istiqamətə marağı nə ilə bağlıdır?

- Bunun səbəblərindən biri gənclərin son on ildə daha çox cinayət, kriminal xəbərlərlə yüklənməsidir. Hətta bir çox telekanallarda cinayəti necə etmək barədə o qədər detallı danışırlar ki, mən özüm təəccüb edirdim. Bu xəbərlərin insanların şüuraltına yeridilməsinin nəticəsidir ki, artıq gənclərin beyinləri o cür xəbərlərə, hadisələrə açıqdır. Digər səbəb isə insanların xroniki olaraq şüuraltında oturuşmuş dövlətə güvənsizlik hissidir. Sovet dövründən bəri insanlar öz dövlətlərini, onun güc orqanlarını mənimsəmədiklərinə görə, onun ordusuna da, polisinə də, məhkəməsinə də müəyyən mənada yad münasibət bəsləyirdilər. Çalışırdılar ki, öz problemlərini özləri həll etsinlər. Baxmayaraq ki, müstəqilik, indi də bu münasibət davam edir, hələ də şüuraltında onları mınimsəyə bilmirik. Bax bu, dövlətə olan güvənsizlik hissi qanunsuz qəhrəmanlara olan simpatiya ilə kompensasiya olunur. Ona görə də qanuna qarşı çıxan qəhrəman arxatipi hələ də bizim beynimizdə qalır. Bir də, mən inanmıram ki, o xəbər təsadüfən ajiotaj yaratdı. Bu sistem psixologiyada məşhurdur. Bir neçə nisbətən tanınmış adam bir tezisi irəli sürür, təbliğ edir, ətrafında beş-altı nəfər fon yaradır və bununla da kütlə həmin istiqamətə yönəlir. Məqsəd də bəllidir: yeniyetmələrdə qanunlara qarşı müəyyən sayğısızlıq, etiraz hissinin artırılması. Biz bunun ağır nəticələrini yaxın vaxtlarda görəcəyik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər