ABŞ-da polis intihara cəhd edən şəxsi qatarın altından çıxardı

ABŞ-da polis intihara cəhd edən şəxsi qatarın altından çıxardı










“Mən sadəcə ölmək istəyirəm, mən sadəcə ölmək istəyirəm!”

Nəqliyyat polisinin 41 yaşlı əməkdaşı Viktor Ortiz platformada qeyri-adekvat davranan sərnişin haqqında məlumat alıb.

Bu barədə ABC məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Nyu-Cersi ştatının Sekokus şəhərində polis sürətlə gələn qatarın təkərləri altından kişini xilas edib.

Viktor Ortiz platformada qeyri-adekvat davranan sərnişin haqqında məlumat alıb. O, “Mən həbsxanaya getməyəcəm, mən həbsxanaya getməyəcəm!” qışqıraraq relslərin üstünə atılaraq irəliləməyə başlayıb. Zabit tezliklə qatarın yaxınlaşacağına baxmayaraq, onun ardınca gedib.

Sərnişin yaxınlaşan qatarı görüb diz üstə oturaraq “Mən sadəcə ölmək istəyirəm, mən sadəcə ölmək istəyirəm!” deyib. Ortiz onun qolunu qandallayaraq intihara cəhd edən şəxsi relslərdən uzaqlaşdırmağa çalışıb. Amma o, müqavimət göstərib. Buna baxmayaraq polis onu qatarın yaxınlaşmasına saniyələr qalmış kənara çəkməyə müvəffəq olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər