Şər və böhtanlara tutarlı cavab - “EVRASCON”

Şər və böhtanlara tutarlı cavab - “EVRASCON”







Azərbaycanla yanaşı Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan, Moldova və Türkiyədə çoxsaylı struktur layihələri həyata keçirərək tikinti sektorunda bir BRENDə çevrilən Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON”-a qarşı ölkə mətbuatının bir-iki saytında aparılan qaralama kompaniyasının əsassız olmasına bir qədər aşağıda aydınlıq gətirəcəyik.

Ölkəmizdə isə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Taxtakörpüdə su anbarının və HES tikintisi, eləcə də Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, bu yaxınlarla Salyanda yolların çəkilməsi kimi onlarla strateji əhəmiyyətli tikintinin “EVRASCON”-a həvalə edilməsi prezident İlham Əliyevin bu şirkətə etibarının göstəricisi kimi də qəbul oluna bilər. Bir biznes strukturu üçün isə bundan yüksək qiymət, təltif ola bilməz.

“EVRASCON”-un fəaliyyətini şübhə altına alanlar həm də prezident İlham Əliyevin idarəçiliyini şübhə altına aldıqlarının fərqində belə deyillər. Əgər fərqində olsaydılar, onda belə bir şirkətə qarşı belə əsassız ittihamlarla çıxş etməzdilər.

“Evrascon” ASC isə fəaliyyətini yalnız və yalnız Azərbaycan qanunvericiliyinin tələbləri əsasında qurmuşdur.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələ gətirir.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər