Aygün Almaniyada ilkə imza atdı - VİDEO

Aygün Almaniyada ilkə imza atdı - VİDEO










Ötən gün xalq artisti Aygün Kazımova “Daf Bama Music Awards – 2016” mükafatlandırma mərasimində iştirak edib.

Almaniyanın Hamburq şəhərində baş tutan mərasimdə xalq artisti “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb.

A.Kazımova mərasimin keçirildiyi “Barkleykard” arenanın səhnəsində çıxış edib, Snup Doqla birgə ifa etdiyi “Coffee from Colombia” mahnısını səsləndirib.

Mükafatlandırma mərasimindən öncə isə məşhurların qırmızı xalçadan keçidi baş tutub. Müğənni üçün xüsusi olaraq iki özəl geyim hazırlanıb.

Xalq artisti ilə yanaşı Almaniyaya gürcü prodüser Stefani Mqebrişvili, müğənni Rəhim Rəhimli və bütün komandası səfər edib.

Qeyd edək ki, Aygün ilk Azərbaycan müğənnisidir ki, bu beynəlxalq mükafatlandırma mərasimində iştirak edir.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər