Baqratın çıxardığı hoqqabazlıqda ÜSYAN ƏLAMƏTİ YOXDUR... - “Haykakan Jamanak”

Baqratın çıxardığı hoqqabazlıqda ÜSYAN ƏLAMƏTİ YOXDUR... - “Haykakan Jamanak”


Politoloq Robert Gevondyan keşiş Vazgen (Baqrat) Qalstanyanın Baqramyan prospektində başlatdığı 4 günlük oturaq aksiyanı “məhlədə kart oynayan babaların söhbəti” kimi qiymətləndirir .

Moderator.az xəbər verir ki, politoloq bu haqda “Haykakan Jamanak” qəzetinə müsahibəsində danışıb.

Gevondyanın fikrincə, Qalstanyanın bu addımı sonuncu olacaq və bundan sonra hərəkat, nəhayət, nəticəsiz başa çatmış elan ediləcək.

“Belə bir bəyanatla çıxış edən hərəkat liderlərinin məqsədi dövlət qurumlarının işini pozmaq, hökumət binasının girişlərini bağlamaq və yenidən hakimiyyətə qarşı ittihamlar irəli sürməkdir ki, başqa yol olmadığını nümayiş etdirsinlər. Onlar əlacsız şəkildə son tədbirlərə əl atırlar. Bununla belə, onlar uydurduqları reallıqda yaşamağa davam edirlər. Hazırda Ermənistanın hakimiyyət dəyişikliyinə, hətta keçid hökumətinə də ehtiyacı yoxdur”, - deyə şərhçi bildirib .

Gevondyan aydınlaşdırır ki, ola bilsin, qanunvericilik müxalifətə bu addımı atmaq imkanı verir, lakin bununla belə, müxalifət deputatları impiçment üçün lazım olan 36 səsi toplaya bilmirlər.

Həmsöhbətin müşahidəsinə görə, parlament gündəminə gətirilmiş impiçment uğursuz olarsa, parlamentin müxalifət deputatları mandatlarından imtina yoluna belə getməyəcəklər, çünki növbədənkənar seçkilərin keçiriləcəyi halda 2021-ci il nəticəsini qeydə ala bilməyəcəklər. Bu həm də mandatların ləğvi ilə bağlı açıqlamalara müxalifətin dəstək verməməsi ilə izah olunur.

Onun sözlərinə görə, hərəkatın təşkilatçılarında da o real mənzərə var, lakin əllərindən başqa bir şey gəlmədiyi üçün oxşar söhbətlərlə insanları manipulyasiya etmək yolunu tutublar.

“Bu günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Ermənistana səfər edəcək, ona görə də küçədə toplaşan müxalifət rusiyalı tərəfdaşları ilə birlikdə öz hərəkətləri ilə Rusiya meyillərinin davam etdiyini və Moskvanın burada möhkəmləndiyini göstərmək məqsədi daşıyır. İzləsək, görərik ki, indi Rusiya XİN başçısının müavini Qaluzin də onlarla sinxron işləyir: Qərbin Ermənistandan istifadə etdiyini bəyan edir. Yəni Qalstanyanlar indi manipulyasiya yolu ilə gedirlər, özlərini aldatmaqla məşğuldurlar”, - deyə politoloq izah edib.

Gevondyan deyib ki, hərəkatın liderləri və təşkilatçıları xalqın lazımi dəstəyinə malik olmadıqlarını etiraf etmək istəmirlər.

Politoloq hesab edir ki, 3 gündən sonra hərəkat fasilə elan edəcək, çünki isti havada mübarizə aparmaq istəyi yox olur. “Belə havalarda küçəyə çıxmazlar. Onlar payızda yenidən tələblər irəli sürməyə başlayacaqlar”, - deyə siyasi şərhçi diqqətə çatdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər