Vahid Hacıyev: "NEFTQAZMAŞ" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın inkişafında böyük uğuru

Vahid Hacıyev: "NEFTQAZMAŞ" Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın inkişafında böyük uğuru








«Neftqazmaş» ASC-nin rəhbəri Vahid Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Neftqazmaş» ASC-nin rəhbəri Vahid Hacıyevdir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Vahid Hacıyev «Neftqazmaş» ASC-nin rəhbərlik fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.


"NEFTQAZMAŞ" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Zabrat-1 qəsəbəsində yerləşir və onun ümumi sahəsi 55000 m2 təşkil edir. Müəssisə istehsal fəaliyyətinə 1904-cü ildə, neft mədənlərində işlədilən avadanlığın və alətlərin təmiri üçün xırda təmir emalatxanası kimi başlamışdır. Sonralar təmir sexləri genişlənmiş, təmir olunan məmulatların nomenklaturası va çeşidi çoxalmış, istehsalat gücü artmışdır. Bunun nəticəsində 1930-cü ildə mövcud təmir sexlərinin bazasında neft-mədən avadanlığın cari və əsaslı təmiri üzrə zavod təşkil olunmuşdur. Bu zavodun tərkibində təmir sexləri ilə yanaşı həm də neft-mədən alətləri və köməkçi avadanlığı istehsal edən sexlər də fəaliyyət göstərirdi. 1941-1945-ci il müharibəsi dövründə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı ilə əlaqədar zavod, başqa müəssisələr kimi, üç növbəli rejimdə fəaliyyət göstərmişdir. Həmin dövrdə zavod "Qırmızı Proletar" adına layiq görüldü və "Qırmızı Proletar" maşınqayırma zavodu adlandırıldı. Uzun müddət "Qırmızı Proletar" zavodu "Azneft" sistemi tərkibində olmuş və neft-mədən avadanlığın təmiri və neft-mədən alətlərinin istehsalı üzrə ixtisaslaşmışdır. 1978-ci ildən zavod "Azərneftmaştəmir" İstehsalat Birliyinin baş zavodu olmuşdur, o da öz növbəsində "Soyuzneftemaşremont" Birliyi tərkibində olmuşdur. Sovet ittifaqının dağılması ilə Azərbaycan Respublikasının ərazisində olan başqa idarə və müəssisələr kimi "Azərneftmaştəmir" ləğv edilmiş və zavod sərbəst "Neftqazmaş" zavodu olmuşdur. 1992-ci ildə Bakı maşınqayırma zavodu "NEFTQAZMAŞ" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində olan "Maşınqayırma" Istehsalat Birliyinin tərkibinə daxil olmuşdur. Aparılan təmir işlərinin nomenklaturası, məhsul buraxılışı, istehsal gücü və texniki səviyyəsinə görə zavod "Maşınqayırma"İstehsalat Birliyinin əsas müəssisəsi kimi fəaliyyət göstərmişdir. “Neftqazmaş” ASC-nin rəhbəri Vahid Hacıyevdir.

“Neftqazmaş” ASC-nin rəhbəri Vahid Hacıyevin Heydər Əliyev ilə bağlı mühüm fikirləri - Heydər Əliyev böyük azərbaycanlı idi və qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu dahi şəxsiyyətdən söhbət düşəndə hər kəs, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini və əbədiliyini təmin etdiyini xüsusi vurğulayır. Təsadüfi deyil ki, dahi şəxsiyyətin uyuduğu Fəxri xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib.Bu may səhəri də qədirbilən insanlar müasir tariximizin 35 illik çox mühüm bir dövründə silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmək üçün Fəxri xiyabana axışırlar. Ziyarətçilər arasında bütün nəsillərin nümayəndələrinə rast gəlmək olar. Burada Azərbaycanın bütün guşələrindən gələn insanlar, xarici ölkələrdən olan qonaqlar da var.Fəxri xiyabana gələnlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da təsadüfi deyil. Xalqımızın ümummilli lideri Heydər Əliyev savadlı, bacarıqlı, vətənpərvər gənclərə daim qayğı ilə yanaşır, onlara böyük etimad göstərirdi. Onun gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğı yaddaşlardan silinməyib və bu gün də ehtiramla xatırlanır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoyub, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması prosesi başlayıb. Milli mənəvi dəyərlər dirçəlib, müasir dövrün məzmununa uyğun multikultural və tolerant ənənələr bərqərar olub. Məhz buna görədir ki, Azərbaycanda yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələri Fəxri xiyabana gələrək dahi şəxsiyyət və bəşəri insan olan Heydər Əliyevin xatirəsinə öz ehtiramlarını bildirirlər.

Milli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu Öndərin Azərbaycan tarixindəki yeri isə misilsizdir. Çünki o, Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya olmur. Ona görə də, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, doğum günü öz tarixi önəminə görə tamamilə haqlı olaraq milli bayram statusu daşıyır. Belə insanlar tarixin dönüş nöqtələridirlər; xalqlarının tarixi bu şəxsiyyətlərə çatanda yönünü dəyişir və qaranlıqdan aydınlığa, tənəzzüldən inkişafa doğru dönür. Buna görə də onları tarixi şəxsiyyət yox, tarixi fenomen kimi qəbul etmək, öyrənib dərk etməyə çalışmaq gərəkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər