Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur

Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur





Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov – 10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 95-cü ildönümünü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.



Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədovdur.

Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur[/center]


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Məmmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.


"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan vermişdir. Həmin illərdə nəhəng tikinti meydançasını xatırladan respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikilmiş, yollar salınmışdır.

Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur


Respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz ümummilli liderimizin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatmışdır.

Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi illər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunmuşdur.

Ölkə rəhbərliyi tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.

Respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
[center]

Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur
Məhərrəm Məmmədov: Qaradağ stansiyasının yolları əsaslı təmir olunur

Qaradağ Yük Stansiyasının rəisi Məhərrəm Məmmədov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər