Rio-2016: Azərbaycan ilk qızıl medalını qazandı – FOTO + YENİLƏNİB

Rio-2016: Azərbaycan ilk qızıl medalını qazandı – FOTO + YENİLƏNİB















Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Radik İsayev qızıl medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəkidə çıxış edən İsayev finalda nigerli Abdurazak İssufu Alfaqanı yenib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçib. Raund bu hesabla başa çatıb. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb.

Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya "qızıl"ını da əlavə edib.

Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

20.08.2016 20:05

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Oxu.Az-ın məlumatına görə, yarışların 15-ci günündə Azərbaycan taekvondoçusu Radik İsayev mübarizəyə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Kazaxstan idmançısı Japarov Ruslan ilə qarşılaşıb.

Taekvondoçumuz 11:2 hesabı ilə növbəti mərhələyə yüksəlib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər