Rövşən Lənkəranskinin killeri saxlanıldı – FOTO

Rövşən Lənkəranskinin killeri saxlanıldı – FOTO












Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü təsdiq olunandan bir neçə saat sonra Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Hacı Beyləqanski (Talıbxanlı) saxlanılıb.

Qətlə yetirilən Rövşən Lənkəranskiyə yaxın dairələrdən virtual-az.org-a məlum olub ki, Hacı Beyləqanski Rövşən Lənkəranskinin İstanbulun Barbaros bulvarı yaxınlığındakı Beşiktaş hotelində öz briqadasının üzvləri ilə keçirdiyi görüşdə iştirak edib. Bu görüşdən dərhal sonra Rövşən Lənkəranski naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub və öldürülüb.

Hacı Beyləqanski digər “qanuni oğru” Əlibala Əlisəftər oğlu Həmidovun (Qoca Bakınski) qətlində şübhəli bilinir. Mötəbər mənbələrin məlumatına görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakınskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Rövşən Lənkəranski də avqustun 18-də öldürülüb.

Məlumata görə, Qoca Bakınskinin qətlindən dərhal sonra “oğruların” bir qrupu Azərbaycanın ən məşhur avtoritetlərindən birinin qisasını alacaqlarına and içib və qisas üçün uyğun məqam axtarıb. Yəni, Rövşən Lənkəranski heç də təsadüfən avqustun 18-də öldürülməyib, bu bir növ açıq qisas alınmasının nişanəsidir.

Lənkəranskinin qətli, ardınca isə Hacı Beyləqanskinin həbsi Rövşən ilə - hansı ki, bir müddət əvvəl digər məşhur kriminal avtoritet Ded Xasanın qətlində şübhəli bilinirdi, haqq-hesabı qurtarmaq üçün başqa bir mafiyanın bütöv kompleks planının olduğundan xəbər verir.

Onu da qeyd edək ki, Hacı Beyləqanski son illər Dubayda yaşayıb və onun hüdudlarını yalnız Rövşən Lənkəranskinin xüsusi tapşırıqlarını icra edərkən tərk edib.



Rövşən Lənkəranskinin killeri saxlanıldı – FOTO
Rövşən Lənkəranskinin killeri saxlanıldı – FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər