Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB

Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB













Yaxınları Rövşən Lənkəranskinin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.

“Rövşən Lənkəranski”nin yaxın ətrafındakı mənbədən kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyi dəqiqləşdirilib.

Bu barədə Virtualaz.org xəbər verir.

Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.

Məlumata görə, yaxınları Rövşən Lənkəranskinin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.

11:29

Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.

“Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb.

O, hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, R.Lənkəranski Barbaros Bulvarında, hotellərdən birindəki toplantıdan “90 ND 011” dövlət seriya nişanlı avtomobillə ayrılıb. Daha sonra avtomobillə hotelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım maşını gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayətkarların axtarışına başlayıb.

10:30

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm xəbəri yayılıb.

Qafqazinfo xəbər verir ki, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib.

Onunla bərabər sürücüsü də öldürülüb.

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.


Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB
Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB
Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB
Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB
Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİB
Rövşən Lənkəranski qətlə yetirildi – FOTO + VİDEO + YENİLƏNİBБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər