Əli Budaqov: "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"

Əli Budaqov:  "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"








«Azərişıq» ASC-nin yüksək səlahətli kadrı Əli Budaqov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, «Azərişıq» ASC-nin yüksək səlahətli kadrı Əli Budaqovdur.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Əli Budaqov «Azərişıq» ASC-nin yüksək səlahətli kadrlıq fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və Rzayev Baba Hüseynağa oğlu "Azərişıq" ASC-nin Sədri təyin olunmuşdur..

Rzayev Baba Hüseynağa oğlu 2006-2015-ci illər ərzində "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib. Hazırda "Azərişıq" ASC-nin Sədri vəzifəsində çalışır.


Son günlər ölkə KIV-lərində "Azərişıq" ASC-nin Sədri Baba Rzayev haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “"Azərişıq" ASC-nin rəhbəri Baba Rzayev haqda şok məlumatlar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqaq bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Baba Rzayevin fəaliyyətindən yazmırlar? Axı Baba Rzayevin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Baba Rzayevin gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Baba Rzayev "Azərişıq" ASC-nin Sədridir .

"Azərişıq" ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, bütün abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır.

Əli Budaqov,
«Azərişıq» ASC-nin yüksək səlahətli kadrı


Əli Budaqov:  "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"
Əli Budaqov:  "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"
Əli Budaqov:  "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər