"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL

"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL










Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

"NEAPOL" otelinin rəhbəri Qurban müəllim barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən həqiqətdən uzaq yazını görəndə istədim ki, ona cavab verim.

Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs "NEAPOL" otelinin rəhbəri Qurban müəllimdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Qurban müəllim qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "NEAPOL" otelinin rəhbəri Qurban müəllimdir.

"NEAPOL" oteli Bakı - Sumqayıt şossesinin 14-cü km-də yerləşir. Bakı şəhərindən aralı və həmin zaman şəhərin kommersiya və sosial rayonlarının arasında rahat yerləşməsi, "NEAPOL" oteli qonaqlar üçün çox sərfəli və munasib edir.
Ən populyar otellərdən biri sayılan "NEAPOL" oteli müasir dizaynda tikilmiş 3-mərtəbəli, yüksək standartlara cavab verən 26 rahat otel nömrələr, sauna və qış hovuzu, yay barı, Jakuzzi ilə və balaca uşaqlar üçün ayrıca yeri olan Neapol hovuzu, 24 saat mühafizə xidməti, çamaşırxana və mühafizə olunan maşın dayanacağından ibarətdir. Burada Sizi Baş Aşpazımızın təklif etdiyi müxtəlif mətbəxlərin incəlikləri, yüksək səviyyəli servis, qulluğunuzda daima hazır olan gülərüzlü personal, rahat və gözəl şərait, müxtəlif şou proqramlar, münasib qiymətlər, avtobus və taksi xidməti, 24 saat fəaliyyət göstərən biznes və konfrans zalı gözləyir. "NEAPOL" oteli hər zaman Sizin xidmətinizdədir.


"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏL
"NEAPOL" oteli istirahətin tək ünvanı -ÖZƏLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər