Qızıyla evlənənə 60 milyon təklif edən ata həmin məbləği 133 milyona qaldırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Honq-Konqun ən zəngin iş adamlarından biri olan Cecil Chao Sze-Tsunq lesbiyan qızını ərə getməyə razı salacaq oğlana 60 milyonluq təklifini 133 milyonla əvəz edib. Belə ki, ilk dəfə bu cür təkliflə 2012-ci ildə çıxış edən ata 20 min kişinin müraciət ediyini açıqlayıb. Amma o bildirib ki, hələ də qızının ürəyincə olan biri tapılmayıb.
Qızı üçün layiqli ər axtaran iş adamı miras qoyması üçün qızının bir kişi ilə evlənib uşaqlarının olmasını istədiyini dilə gətirib.