Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb

Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Salyanda koronavirusa qarşı dezinfeksiyaedici tədbirlər davam etdirilir

Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Salyanda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə rayonun mərkəzi küçələrində kütləvi dezinfeksiya işləri aparılmışdır. Rayon ərazisində dezinfeksiya işlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb
Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbBu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb
Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb



Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov - Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı

Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi, bütün dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunmasına yönəldiyi bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyət və şəraitdən öz mənafeləri üçün istifadə edərək hüquqazidd əməllərinə yol vermələri ilə bağlı araşdırmaların aparılması tədbirləri ardıcıl olaraq həyata keçirilir. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qaydaların müxtəlif yollarla pozulması, vəzifə imkanlarından sui-istifadə etməklə, rüşvət almaqla, kimsəsiz və aztəminatlı ailələrə göstərilən yardımları mənimsəməklə cinayət məsuliyyətinə cəlb edilənləri xalq pislədi. Zorla özgəsinin payını əlindən almaq, başqasının süfrəsinə əl uzatmaq kimi bəd əməllər millətimizə xas olmayan xüsusiyyətlərdən sayılıb. Əslində 2018-ci ildən başlanmış, 2019-cu ildə daha geniş vüsət alan, cari ildə də davam etdirilməkdə olan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar xalqımız tərəfindən razılıqla qarşılanır.

Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat tədbirləri nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçıları həbs olunmuşlar. Onların aqibətindən ibrət götürməyən növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Onların törətdikləri dövlətçiliyə və xalqa xəyanətdən başqa heç nə ilə əvəz oluna bilməz. Korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərində aparılan islahatlarda daha sağlam prinsiplərə nail olunması dövlətimizin prioritet məsələlərindən birinə çevrilmişdir. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, əfsuslar olsun ki, əhali arasında narazılıqlar yaratmış neqativ halların baş verməsi, təkrarlanması faktları da müşahidə olunmuşdur. Ən yüksək səviyyədə edilən çağırışlar, xəbərdarlıqlar, eləcə də ifşa olunmuşların acı aqibəti bəd əməllər yolunu tutanlara bir dərs olmamışdır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.

Bu baxımdan Salyan rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, Salyan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, komissiya üzvləri ərazilərdə yoxlamalar aparmışdır. Karantin rejiminin tələblərini pozduğuna görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov tutduğu vəzifədən azad edilmiş, fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və barəsində rayon prokurorluğunda cinayət işi açılmışdır. Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini,

cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Prezident bildirmişdir: «Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir».

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin bəyan etdiyi fikirlərinin bariz göstəricisi oldu. Sözügedən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən elə özləri üçün istifadə etməklə cəmiyyətin və dövlətin mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermişlər. Ölkə başçısının dediyi kimi, onlar da qanundan kənarda qalmamış, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Belə məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Ölkəmizin başçısı cənab İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmaq üçün qətiyyətli addımlar atdığı bir vaxtda ciyayətə cəlb olunan məmurlar bu siyasətə qarşı mənəviyyata sığmayan hərəkətlər etməklə əslində dövlətin mənafeyinə ciddi zərbə vurur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Prezident İlham Əliyev: «Bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin olunsun»-deyə öz tövsiyələrini vermişdir.



Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Salyan rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb.

Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Salyanda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Salyan rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Salyan rayonunda da aydın hiss olunur. Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb.

Rayon sakinləri də bildirirlər ki, Salyanın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Sevindik Hətəmovun əməyi böyükdür. O, rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır. Məhz buna görə də ölkə başçısının tapşırığı ilə Salyanda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Salyan rayonunun ərazisində gələcəkdə ekoturizm də inkişaf etdiriləcək. Belə ki, rayonda ekoturizmin inkişaf etdirilməsi üçün Şirvan Milli Parkı, Şır-şır bulağı, İstisu, palçıq vulkanları, Qızılqaz gölü kimi turizim obyektləri var. Salyan ərazisində mövcud olan palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün də böyük imkanlar yaradır. Bu da Salyanın regionun turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir. Ümumiyyətlə, Salyandakı tarixi əhəmiyyət daşıyan abidələr də ona xüsusi, müdrik bir görkəm verir.

Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb


Söz yox ki, əhalinin rifahının yaxşılaşdırılması, habelə onların problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Odur ki, vətəndaşların müraciətlərində verilmiş təkliflərin heç biri Salyan Rayon İcra Hakimiyyətinin nəzərindən qaçmır, öyrənilir və araşdırılaraq baxılır. Bir sözlə, bu məsələ Salyan rayonunda daim diqqət mərkəzindədir. Buna görədir ki, vaxtilə iş dalınca Salyandan başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala rayonu tanımadıqlarını bildirirlər. Çünki bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir sözlə, Salyanda həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırır. Bu isə rayon sakinlərinin Salyan rəhbərliyi ilə birgə əməyinin bəhrəsinin gələcəkdə də çox olacağını göstərir. Şübhəsiz, həyata keçirilən işlərə baxmayaraq, rayonda həlli vacib olan məsələlər hələ çoxdur. Lakin ümid edirik ki, rayon rəhbərliyi bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Salyan əhalisinin sosial-rifahı daha da yaxşılaşacaq. Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Sevindik Hətəmovun gərgin əməyi nəticəsində bu gün Salyan rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son aylar ərzində rayonda həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Salyan rayonu regionun mərkəzinə çevrilməkdədir.


Bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər