Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)

 Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)










Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerik rayonunda bu rayonun və Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
İmtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, məşğulluğun təminatına və müalicəyə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya vasitəsi ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası olaraq, ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin normal qaydada davam etdirildiyini, keçən il və cari ilin ötən dövründə bu təbəqələrə aid 500-ədək şəxsə yeni mənzil təqdim ediliyini nəzərə çatdırıb: “Hazırda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 fərdi yaşayış evi tikilir və ilin sonunadək bu rayonlarda daha 13 evin inşasına başlanacaq”.
Qəbul zamanı müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yerindəcə tədbirlər görülüb, onlara təklif edilmiş boş (vakant) iş yerləri sırasından seçdikləri iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin hazırda sakinlərini qəbul etdiyi rayonları da əhatə etdiyini diqqətə çatdırıb: “Belə ki, cari ilin ilk yarımilində məşğulluq orqanları tərəfindən bu rayonlar üzrə 2810 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, habelə ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunublar”.
Nazir bildirib ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, ölkədə güclü sənaye kompleksinin formalaşdırılması və torpaqlardan səmərəli istifadə şəraitində kənd təsərrüfatında ixrac yönümlü məhsul istehsalının artırılması yönündə aparılan uğurlu islahatlar bu bölgənin əmək bazarında da inkişaf meyllərini əhəmiyyətli şəkildə gücləndirəcək. Bu amillər, eyni zamanda ikinci sənaye zonasının Masallı şəhərində yaradılması bölgədə əmək resurslarından tam və səmərəli istifadənin təmin olunmasında növbəti mühüm irəliləyişlərə yol açacaq.
S.Müslümovun tapşırığına uyğun olaraq ayrı-ayrı şəxslər müraciətlərinə əsasən nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar. Qəbul zamanı Lerik rayonundan iki nəfər vətəndaşın müraciətlərində əksini tapan məsələ yerindəcə həll olunaraq, onların sağlamlıq imkanları məhdud 18 yaşadək övladlarına əlil arabası verilib. Həmçinin bir nəfər şəxsin əmək hüquqlarının müdafiəsi üçün müvafiq araşdırma aparılması tapşırılıb. Bir sıra vətəndaşların müraciətləri sorğu xarakteri daşıdığından onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
Qəbula gələn insanlar sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı, eyni zamanda respublikanın regionlarında sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən fəal və səmərəli dövlət siyasətinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər