“Ölüm hökmünü imzalayacam“ - Rəcəb Tayyib Ərdoğan

“Ölüm hökmünü imzalayacam“ - Rəcəb Tayyib Ərdoğan











"Marmarisdə 15 dəqiqə artıq qalsydım öldürüləcəkdim". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı iyulun 15-nə keçən gecə baş vermiş hərbi çevriliş cəhdi zamanı baş verənlərlə bağlı CNN İnternational telekanalına danışıb: "Anbaan hər şeydən xəbərim var idi. Atatürk hava limanında nəzarət qülləsini ələ keçirmişdilər. Telefonda İstanbulun Əmniyyət Müdrünə qiyamçıların oradan uzaqlaşdırılması təlimatını verdim. Hava limanındakı qiyamçıların təmizlənməsini əmr etdim. Havada olduğumuz üçün rabitə əlaqəsi bəzən kəsilirdi. Pilota nə qədər havada qala biləcəyimizi soruşdum, 3-4 saat qala biləcəyimizi dedi. F-16 təyyarələri ilə yanımızdan səsdən iti sürətlə uçuş həyata keçirdilər. Bilirsiniz, bu zaman sonik partlama yaranır və bomba partlaması effekti ilə müqayisə oluna bilər. Belə şəraitdə oraya keçdik və xalqla təmas qurduq".

Türkiyə prezidenti deyib ki, qiyamçıların edam edilməsinə müsbət baxır və əgər parlament vətənə xəyanət əməlinə görə ölüm hökmünü nəzərdə tutan dəyişiklikləri qəbul edib ona təqdim etsə imzalayacaq.

Ərdoğan hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bir daha bəyan edib və deyib ki, onun ABŞ-dan ekstradisiyası üçün rəsmi müraciət yaxın günlərdə ediləcək. “Bundan əvvəl mən prezident Obamadan onu Türkiyəyə verməsini istəmişdim, bu həftə rəsmi tələbimiz göndəriləcək. İki ölkə arasında cinayətkarların ekstradisiyası razılaşması var. Əgər ABŞ Güləni verməsə biz də gələcəkdə hansısa cinayətkarın ekstradisiyası üçün müraciət olunsa rədd edərik”-Türkiyə prezidenti bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər