Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı















Faktla bağlı araşdırma aparılır

Şəmkirdə toyda kütləvi dava olub.

Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlü Mahmud Mahmudovu bıçaqlayıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə cinayəti törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər