Müdafiə Nazirliyi: Atəşkəs on dəfə pozulub

Müdafiə Nazirliyi: Atəşkəs on dəfə pozulub













Düşmən atəşkəsi pozmaqda davam edir

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə on dəfə pozub.

Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər