2 saylı Şəhər Klinik Xəstəxanasında özbaşınalıq - ŞİKAYƏT VAR

2 saylı Şəhər Klinik Xəstəxanasında özbaşınalıq - ŞİKAYƏT VAR








Bildiyiniz kimi, 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğv olunmasına dair müvafiq əmr imzalanıb. Bura ödənişi dövlət tərəfindən həyata keçirilən dərmanların xəstələrə verilməsilə yanaşı, müalicə və müayinə prosesi də daxildir. Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrinin pulsuz tibbi xidmətə keçirilməsi hər il dövlət büdcəsindən səhiyyə sahəsinə kifayət qədər böyük məbləğdə vəsaitin ayrılması ilə izah edildi. Səhiyyə nazirinin sözügedən əmri sosial durumu aşağı olan əhali təbəqəsi üçün çox sevindirici oldu. Lakin verilən əmrdən keçən bu illər ərzində ölkənin səhiyyə sistemində vəziyyət yaxşılaşmaqdansa getdikcə daha da pisləşdi. Misal kimi Sərdar Əjdər oğlu Əsədovun baş həkimi olduğu M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasını göstərmək olar. Gundelik-baku.com-a verilən məlumata görə, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında dözülməz şərait hökm sürür: «M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasındakı sinif otaqları bərbad vəziyyətdədir. Adıçəkilən tibb müəssisəsində yaşanan neqativ halların başında xəstəxananın baş həkimi dayanır. Belə ki, o, vəzifə səlahiyətindən sui-istifadə edərək rəhbəri olduğu səhiyyə ocağını bazara çevirib. O istisnasız olaraq bütün xəstələrdən nəsə umur və bu kimi hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Onun bu tip əməllərilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət olunsa da, məlum olmayan səbəblərdən üzündən heç kim baş həkimə heç bir irad tutmur». M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında xəstələrdən fond pulu adı ilə müxtəlif məbləğdə pul yığıldığını qeyd edən mənbənin sözlərinə görə, fond pulu daha çox bu iş üçün ayrılan müvafiq tibb bacıları tərəfindən toplanılır: «Tələb olunan məbləği ödəməkdən imtina edən xəstələr haqqında baş həkimə məlumat verilir. Belə olan hallarda isə həkimin işi həmin xəstəni fond pulu verməyin vacibliyinə inandırmaq və onun «ümumi qayda-qanundan» çıxmasının qarşısını almaq olur. Xəstələr isə hesab edirlər ki, dövlət müəssisəsində belə bir tendensiyanın mövcudluğu rüsvayçılıqdır. Hələ bu, harasıdır M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında adi təzyiq ölçməyə görə 5-10 manat pul istəyirlər. Guya pulsuz xidmət göstərməli olan xəstəxanada pambığı belə, pulla verirlər. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında iynə vuran tibb bacısından tutmuş süpürgəçisinə kimi hər kəsə pul verməlisən. Əks təqdirdə sizinlə çox pis rəftar edəcəklər. Ümumiyyətlə, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası baxımsızlıqdan əziyyət çəkir. Onun xarici görünüşü heç də ürəkaçan deyil. Elə giriş qapısının çox pis vəziyyətdə olması xəstəxananın daxilindən xəbər verir. Xəstəxanadakı çarpayılar da bərbad vəziyyətdədir. Bu tibb müəssisəsinin su-kanalizasiya, istilik sistemi yox səviyyəsindədir. Vaxtı keçdiyindən su boruları çürüyüb. Mərkəzləşdirilmiş istilik sisteminin olmamasına görə şöbələr qızdırılmır. Tibb texnikasının köhnəliyi və yoxluğu müşahidə edilir. Məsələn, anesteziya aparatı, eləcə də əməliyyat masası artıq istifadə müddətini çoxdan başa vurub. Elə bu səbəbdən də əməliyyatlar bir o qədər də uğurlu nəticə vermir». Məlumatlı şəxsin iddiasına görə, bu gün əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərməkdən ötrü M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasının müasir avadanlıqlara, ultrasəs aparatına, qastrofibroskopa, süni tənəffüs aparatına, cərrahi avadanlıqlara, müasir mini laboratoriyalara ciddi şəkildə ehtiyacı var: «Xəstəxananın əməliyyat bloku, reanimasiya və digər şöbələrin əsaslı təmiri lazımdır. Əksər tibbi avadanlıqlar müasir tələblərə cavab vermir. Xəstəxananın rentgen aparatına da ehtiyacı var. Əməliyyat blokunda, reanimasiya şöbəsində tibbi aparatlara ehtiyac var. Doğum şöbəsi də bərbad vəziyyətdədir. Məhz elə buna görə də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi keyfiyyətsiz və aşağıdır». Xəstəxanada mövcud olan digər problemlərlə bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər