“Avro-2016”-da reklam SOCAR-a nə qazandırdı?

“Avro-2016”-da reklam SOCAR-a nə qazandırdı?














Şirkətin məhsullarının satış həcmi artıb

“Avro-2016”-da reklam kampaniyası SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi 30%-a qədər yüksəlib.

Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, bu barədə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə keçirilən qəbulda bildirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev, FİFA prezidenti Ciani İnfantino, digər rəsmi şəxslərlə yanaşı, futbol əfsanələri Ruud Qullit və Kristian Vierinin də iştirak və çıxış etdikləri qəbulda SOCAR “Avro-2016” ilə tərəfdaşlığının yekunlarını təqdim edib.

Bildirilib ki, SOCAR son illərdə xam neftin qiymətinin aşağı düşdüyü şəraitdə belə, həyata keçirdiyi çoxşaxəli investisiya və marketinq strateqiyası nəticəsində gəlirliliyini təmin edib. Azərbaycana və Avropa ölkələrinə qoyulan sərmayələri şaquli inteqrasiya prinsipinə əsasən şaxələndirməklə şirkət öz biznesinin inkişafı və ölkənin rifahı üçün möhkəm zəmin yaradıb.

Son illərdə SOCAR xarici ölkələrdə mənfəət gətirən törəmə şirkətlər qurub, bunun da nəticəsində nəhəng transmilli şirkətlər sırasında yer tutmağa nail olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Avropa bazarında həyata keçirdiyi əməliyyatların davamlı olmasında maraqlıdır.

“Avro-2016” kimi möhtəşəm kütləvi tədbir vasitəsilə SOCAR brendinin tanıdılması məhz bu məqsədə xidmət edib. Reklam kampaniyası nəticəsində SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi, ilkin hesablamalara görə, 30%-a qədər yüksəlib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər