Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ

Bakı metrosunda hansı yeniliklər olacaq? - Bakıxanov, Qaraçuxur, Yeni Günəşliyə... - RƏSMİ


“Hazırda B-4 stansiyasının tikintisi davam edir. 2025-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”.

Bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakının Baş Planı ilə bağlı qərar verildikdən sonra gələcək layihələrin icrası ilə bağlı tarixlər açıqlanacaq:

“Qarşıda xətlərin ayrılması ilə bağlı ikihissəli işlərin icrası nəzərdə tutulub. Birinci hissədə 5, ümumən isə 9 stansiyanın tikilməsi nəzərdə tutulub.
“Dərnəgül”dən sonra 3 stansiya “Koroğlu”ya birləşəcək. “Koroğlu”nun yaxınlığında keçid stansiyası olacaq. “Xətai”dən sonra “Həzi Aslanov”a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. Xətlər ayrıldıqdan sonra “İçərişəhər” stansiyasından sonra iki stansiyanın tikintisi nəzərdə tutulub. Beləliklə qatarlar bir yoldan digərinə keçərək əks istiqamətdə hərəkət edə biləcəklər. Bu da intervalları minimuma salmağa imkan verəcək.

Bakının Baş Planında nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar “Koroğlu”dan keçməklə Bakıxanov, Qaraçuxur qəsəbələrini, Yeni Günəşli yaşayış massivini əhatə etməklə “Həzi Aslanov-2” stansiyasına birləşdirilsin”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər