Rusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEO

Rusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEO


Rusiya-Ukrayna sərhədində diversantlar tankların köməyi ilə Şebekino keçid məntəqəsinə hücum ediblər.

Bu barədə Rusiyanın yerli mediası məlumat yayıb.

Məlumata görə, ukraynalıları rus sərhədçilər və Müdafiə Nazirliyinin döyüşçüləri saxlayırlar.
"Gecələr şəhər güclü atəşə tutulub. Mərmilərdən biri Daxili İşlər Nazirliyinin binasına düşüb. Bəzi sakinlər şəhəri tərk etmək qərarına gəliblər. Belqorod vilayətinin qubernatoru Qladkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Şebekino şəhərinin mərkəzi və şəhər kənarını “Qrad”dan atəşə tutub. İlkin məlumatlara görə, 5 qurban var", - məlumatda deyilir.

Rusiya tərəfi bildirir ki, fərdi yaşayış binasına birbaşa atəş zərbəsi olub, nəticədə o, yanıb. Bundan əlavə, fərdi və çoxmənzilli binaların pəncərələrinin və eyvanlarının zədələnməsi ilə bağlı dövlət qurumlarına məlumatlar daxil olur.

Gərginliyin davam etdiyi bildirilir.



Rusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEORusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEORusiya və Ukrayna sərhədində güclü döyüş gedir - FOTOLAR/VİDEOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər