Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir

Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir











1-5 aprel tarixlərində erməni silahlı qüvvələrinin təxribatlarına Milli Ordumuz layiqli cavablar verdi. Döyüşlər getməsinə baxmayaraq həmin günlərdə Tərtərdə həyat öz axarı ilə davam etmişdir. Döyüşən şəhərdə tikinti-abadlıq işləri geniş vüsət almış, təmas xəttində yaşayan tərtərlilər tikinti-abadlıq işlərində daha böyük ruh yüksəkliyi ilə iştirak etmişlər. Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində cəbhə bölgəsi olan Tərtər böyüyür, gözəlləşir.

Tərtər şəhərinin H.Əliyev prospektində və E.Hüseynov küçəsində səkilərə tamet daşları döşənmiş, E.Hüseynov küçəsində səki daşlar-bardyor düzülmüş, kommunikasiya xətləri qaydaya salınmış, küçə genişləndirilmişdir. Tərtər şəhərinin H.Əliyev prospektində və F.Qulami, Ş.Qurbanov. R.Mürsəlov, E.Hüseynov küçələrində aspfalt-beton örtüyü salınması üçün yolun əsasının tikinti işləri aparılır. Hazırda E.Hüseynov küçəsi və küçənin davamı olan magistral yol Şıxarx qəsəbəsinədək asfaltlanmağa başlanılmışdır.

Tərtər çayı sahilində yeni park salınması üçün hazırlıq işləri aparılmış, ərazi təmizlənmiş, hamarlanmış, mövcud ağaclar budanmış, ərazidən keçən yüksək gərginlikli hava xətti kənarlaşdırılmışdır, ərazinin səviyyəsini qaldırmaq üçün torpaq daşınmışdır. Park ərazisindən keçən Buruc arxının beton kanal şəklinə salınması işləri davam etdirilmişdir.

Tərtər şəhərində çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi işlərinə də başlanılmışdır.

Şəhərin Nizami küçəsində inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında, Heydər Əliyev prospektində tikilən Şahmat məktəbi və Kənd Təsərrüfatı İdarəsinin inzibati laborotoriya binasında da işlər davam etdirilir.

Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində müxtəlif növ ağaclar və gül kolları əkilmişdir.

2015-ci ilin iyun ayından Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərində magistral kanalizasiya xətti, artezanlararası və təzyiqsiz magistiral su xətti, şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilmişdir. İçməli su birləşmələri verilən abonentlərin həyətyanı sahəsində sayğac qoyulması üçün qutular tikilir, sayğaclar, kanalizasiya xəttlərində dəmir-beton baxış quyuları, ev birləşmələri quraşdırılır. Tutumu 5000 kub metr olan 2 su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Həmin su anbarlarının içməli su ilə təmin olunması üçün qazılmalı olan 9 ədəd subartezian quyusundan hazırda 3 ədədi tam hazırdır, 2 ədədinin qazıntı işləri aparılır. Eyni zamanda mexaniki avadanlıqlar otağı, xlorlama binası və gözətçi otağının tikinti işləri tamamlanmışdır.

Tərtərlilər ön cəbhədə vuruşur, işləyir və rayonumuzun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər, Respublika Prezidentinə, Ali Baş Komandan cənab İlham Əliyevə inanır, Milli Ordumuza güvənirlər. Bilirlər ki, işdə və cəbhədə qələbə bizimlədir.


Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşir
Tərtərdə abadlıq-quruculuq işləri davam edir: Rayon günbəgün böyüyür, gözəlləşirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər