XİN başçılarının təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - FOTO - YENİLƏNİB

XİN başçılarının təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - FOTO - YENİLƏNİB



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

“Report” xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.

Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan görüşün keçirilməsi nəzərdə tutulub.

XİN başçılarının təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - FOTO - YENİLƏNİB XİN başçılarının təkbətək danışıqları bitib, geniştərkibli görüş başlayıb - FOTO - YENİLƏNİB Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər