Peyğəmbər məscidi yaxınlığında güclü partlayış - YENİLƏNİB + VİDEO

Peyğəmbər məscidi yaxınlığında güclü partlayış - YENİLƏNİB + VİDEO















Terrorçu-kamikadze özünü nəzarət-keçid məntəqəsində partladıb

Səudiyyə Ərəbistanının qərbində Mədinə şəhərində Peyğəmbər məscidi (Məscid əl-Nəbavi) yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Patlayış zamanı daha 4 nəfərin ağır yaralandığı bildirilir.

Qeyd olunur ki, ölənlərin hamısı təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdırlar.

04.07.2016

Səudiyyə Ərəbistanının qərbində Mədinə şəhərində Peyğəmbər məscidi (Məscid əl-Nəbavi) yaxınlığında güclü partlayış baş verib.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib.

“Əl-Cəzirə” telekanalının məlumatına əsasən, terror aktı zamanı iki nəfər ölüb.

Qeyd edək ki, Peyğəmbər məscidi islamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər