Yardımlı səhiyyəsində “köhnə hamam, köhnə tas” qaydaları - təfsilat

Yardımlı səhiyyəsində “köhnə hamam, köhnə tas” qaydaları - təfsilat











Son illər ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı inkarolunmaz həqiqətdir

Bunun üzərinə səhiyyəyə ayrılan pullar, ən ucqar bölgələrdə belə müasir tələblərə cavab verən xəstəxanaların istifadəyə verilməsini də gəlsək Azərbaycan rayonlarında səhiyyənin yüksək nailliyyətlərindən danışmaq gərək idi. Təəssüf ki, belə deyil. Əksinə bölgələrdə tibbi xidmətlə bağlı demək olar ki, hər gün utancverici məlumatlar yayılır.

Bərbad xidməti və korrupsiyası ilə seçilən bölgə səhiyyələrindən biri də Yardımlı rayonundadır. Məlumat üçün bildirək ki, bu gün Yardımlı rayonunda 36 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Bunlardan biri 100 çarpayılıq mərkəzi xəstəxana, ikisi kənd xəstəxanası, on yeddisi tibb məntəqəsi və on altısı həkim məntəqələridir ki, bu tibb müəssisələrində də ümumilikdə 47 həkim, 119 tibb işçisi çalışır. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir.

Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Yardımlının səhiyyə sistemi bu gün bərbad haldadır. Bir müddət bundan əvvəl Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimin bu vəzifədən alınması və onun yerinə Rasim Əkbərovun təyin olunması isə, mövcud problemləri nəinki həll etməyib, əksinə onların bir qədər də dərinləşməsinə yol açıb. Yardımlı rayonundan olan və adının çəkilməsini istəməyən oxucumuz rayonda səhiyyənin durumu ilə bağlı yazır: “ Yardımlı rayon səhiyyəsini Rasim Əkbərov bərbad bir duruma salıb. Sizcə bir “Bakuş satandan” ticatətçidən baş həkim olarmı? Bunu görmək isdəyən Yardımlı rayon mərkəzi xətəxanasına gəlsin. Yardımlı səhiyyəsi səhər saat 9:00-da işə başlayır və günorta saat 12:00-da işini bitirir. Rasim Əkbərov elə bilir ki, xəstəxananın binasına rəng vurmaqla, həyatyanı sahəyə dekorativ ağaclar əkməklə, hasar cəkməklə və sair işlər görməklə səhiyyəni inkişaf etdirmək olar. Əslində bütün bunlar da abadlıq üçün deyil, səhiyyəyə ayrılan pulların mənimsənilməsi üçün görülür”.

Yardımlı rayonunda səhiyyənin durumu və rayonun baş həkimi haqda daxil olan digər məlumatlarda maraq doğurur. Belə ki, rayondan olan mənbənin bildirdiyinə görə, Rasim Əkbərov Yardımlı RMX-nın keçmiş baş həkimi Fəxrəddin Əkbərovun doğma əmisi oğludur. Rayon sakinlərindən aldığımız yeni şikayət məktublarında Yardımlı səhiyyəsinin yenə də köhnə problemlərindən bəhs olunur. Elə əvvəllər olduğu kimi, bu gün də sakinlərin narazılığını doğuran əsas məqamlardan biri RMX-ya dərmanların alınmasında törədilən maxinasiyalarla bağlıdır. Belə ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Eyni zamanda da, xəstəxanada "ölü canlar” təcrübəsi yenə də kütləvi şəkildə tətbiq olunur. Yəni RMX-da saxta "xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür.

Belə ki, bu "xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Digər tərəfdən də mənbələr iddia edirlər ki, bəzi hallarda bu məqsədlər üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də, bəzən sənədlərə əsasən kənd xəstəxanalarının hər birində Rayon Mərkəzi Xəstəxanasından daha çox xəstənin müalicə aldığı məlum olur. Bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc RMX-dan daha çoxdur. Əslində isə onların heç birində xəstələr yatmır. Sadəcə, saxtalaşdırılmış sənədlərdə hər gün guya 15-20 xəstə yatdığı göstərilir.

Göründüyü kimi, Yardımlı səhiyyəsinin “aparıcı” simaları bu sahəni heç də inkişafa doğru aparmaq niyyətində deyillər. Artıq kütləvi hal almağa başlamış korrupsiya halları, müxtəlif maxinasiyalar Yardımlı səhiyyəsinə rəhbərlik edən şəxslərin adi fəaliyyət göstəricilərinə çevirilməkdədir. Politika.Az

Qarşı tərəfi də dinləməyə hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər