DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mayın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının təşkilatçılığı ilə rayon ərazində növbəti iməcilik keçirilib. Habelə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.29-cu bəndi əsas götürülərək əhali arasında ekoloji maarifləndirmə işləri aparılıb.

Ümumrayon iməciliyində idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, YAP fəalları və sakinlər böyük həvəslə iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, yeni gül kolları əkilib, səliqə-sahman yaradılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev keçirilən növbəti ümumrayon iməciliyi ilə bağlı deyib: “Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Daşkəsən rayonunda keçirilən bu növbəti iməciliyin, həmçinin ekoloji maarifləndirmənin böyük rəmzi mənası var. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar hər zaman ölkəmizin təbiətinin sağlamlığına yönəlmiş, müntəzəm və sistemli görüldüyü üçün həmişə böyük səmərə vermişdir. Ulu Öndərimizin möhtəşəm ekoloji siyasəti, Azərbaycan təbiətinə sevgisi, qayğıkeş münasibəti eyni zamanda onun çoxcəhətli fəaliyyətinin, azərbaycançılıq ideyasının mühüm tərkib hissəsidir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Ulu Öndərin ekoloji arzu və planlarını dönmədən qətiyyətlə həyata keçirirlər. Bunun nəticəsidir ki, ölkəmizdə olduğu kimi Daşkəsən rayonunda da yaşıllaşdırma, ətraf mühitin mühafizəsi artıq kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir”.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB VƏ ƏHALİ ARASINDA EKOLOJİ MAARİFLƏNDİRMƏ APARILIB
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər