DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ RAYONUN N HƏRBİ HİSSƏSİNİN HƏRBÇİLƏRİ İLƏ NÖVBƏTİ GÖRÜŞÜNÜ KEÇİRİB

Mayın 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “Heydər Əliyev İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən N hərbi hissənin bir qrup əsgər və zabitləri ilə rayonun Heydər Əliyev Mərkəzində görüş keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daşkəsən N hərbi hissəsinin komandiri hörmətli Saqi Babayevi, hərbi hissəsinin zabiti Anar Rzayevi və hərbçiləri salamlayaraq Vətəni qorumaq yolundakı şərəfli və məsuliyyətli xidmətlərində onlara uğurlar, möhkəm cansağlığı arzulayan icra başçısı Əhəd Abıyev çıxışında deyib:

- 2023-cü ilin may ayının 10-da Ümummilli Liderimiz müstəqil demokratik Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi, dahi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixli Sərəncam vermişdir.

Müasir müstəqil Azərbaycan Ordusunun yeniləşib formalaşması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın əsgər və zabitləri Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda yeni uğurlu zirvələr fəth edir, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazırlar.

Belə ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq tarixi Zəfəri ilə başa çatdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin layiqli varisi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu diplomatik siyasi iradəsi, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında şücaəti ilə qazanıldı.

Hazırda Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması, Laçın-Xankəndi yolunda ərazilərimizə nəzarəti bərpa etməyimizin rəmzi olaraq bayrağımızın qürurla dalğalanması Prezidentimiz cənab İlham Əliyevin qalib ölkəmizin suverenliyi və bütövlüyü ilə bağlı sərt və barışmaz mövqeyini bütün dünyaya əyani sübut edir.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycan Ordusunun bütün qoşun növlərində, vahid birlik və birləşmələrində bu gün minlərlə zabit və əsgərlərimiz möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətənə və dövlətə sədaqətlə xidmət edir, əsgəri borclarını şərəflə yerinə yetirirlər. Bir daha da sizlərə yeni-yeni uğurlu qələbələr arzulayıram.

Yaşasın Ulu Öndərimizin ideyaları və qalib Azərbaycan Ordusu!

Eşq olsun Ali baş Komandanımız cənab İlham Əliyevə!

Sonda “Ulu Öndər Heydər Əliyev” adlı sənədli film nümayiş olunub.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər