İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Mayın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Daşkəsən qəsəbəsində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev çıxışında deyib: “Azərbaycanın ərazi bütövlüyünü bərpa edən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrəti və iqtisadiyyatı daha da artıb, dövlətçiliyinin əsasları, beynəlxalq aləmdə mövqeləri möhkəmlənib. Ötən gün Prezidentimiz cənab İlham Əliyevin Şuşa şəhərində səsləndirdiyi “Bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir”, fikirləri müxtəlif bəyanat və digər təxribatlarla beynəlxalq aləmi çaşdırmaq istəyən, sülh sazişini imzalamaqdan yayınmağa çalışan Ermənistana və onun havadarlarına ən tutarlı cavabdır”.

“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə vətəndaşlarla yerlərdə görüşməkdə məqsəd onların problemləri ilə yerində tanış olub həllinə köməklik göstərməkdir”, - deyən icra başçısı Əhəd Abıyev çıxışında Daşkəsən qəsəbəsində problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, ötən dövrlərdə Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli təzə binası quraşdırılaraq istifadəyə verilib, qəsəbənin uşaq bağçası əsaslı təmir edilib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı həll olub, qəsəbəyə təbii qaz verilib, daxili imkanlar hesabına əlavə su xətti çəkilib, sakinlərin məşğulluğunu artırmaq üçün işlər davam etdirilib. Qəsəbəyə gələn avtomobil yolunun asfaltlanması işləri də tezliklə həll olacaqdır.

Sonra İcra başçısı Əhəd Abıyev sakinlərin müraciət və təkliflərini dinləyib. Müraciətlərin bir qismi yerində icra edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.

Qəbulda iştirak edən Daşkəsən qəsəbə sakinləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər