Vardanyan 9-cu aydır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirir… - ZİBİLƏ DÜŞMÜŞÜK...

Vardanyan 9-cu aydır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirir… - ZİBİLƏ DÜŞMÜŞÜK...


Azərbaycan Respublikasının Xocavənd, keçmiş “Mardakert”, yəni Kəlbəcər, Ağdam və Tərtər rayonlarının, bundan əlavə Xocalı rayonunun da işğal altında qalan kəndlərində məskunlaşdırılmış ermənilər "tezliklə mobil ilkin tibbi yardım qruplarının xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər".

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu iş Putinin Azərbaycanın Qarabağ torpağındakı milyarder desantı olan Ruben Vardanyanın təsis və hazırda rəhbərlik etdiyi “Biz və dağlarımız” adlı qeyri-qanuni “ərazi inkişafı agentliyi”nin təşəbbüsü ilə həyata keçirilir. Separatçı-terrorşu rejimin qanunsuz "səhiyyə nazirliyi" ilə "əməkdaşlıq çərçivəsində” qurulmuş işdə Vardanyanın əsas tərəfdaşları torpaqlarımızda qanunsuz fəaliyyət göstərən digər qurumlar: “HENAR” "xeyriyyə fondu" və “Sante Armenie” "assosiasiyası"dır.

“Proqramın məqsədi səyyar həkim briqadalarının təşkili vasitəsilə kənd yerlərində ilkin səhiyyə xidmətlərinin daha əlçatan olmasını təmin etməkdir. ..."Səyyar həkim briqadası işə" Xocavənd rayonundan başlayacaq. "Səhiyyə nazirliyi"nin "təqdim etdiyi qrafikə əsasən, mayın 3-dən etibarən bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş avtomobil yaşayış məntəqələrinin ətrafında hərəkət edərək əhaliyə lazımi xidmət göstərəcək”- xəbərdə belə deyilir.

Xatırladaq ki, 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ ərazisinə daxil olmuş Ruben Vardanyan noyabrın 4-də baş separatçı Arayik tərəfindən “dövlət naziri” təyin olunub. O, 2023-ci il fevralın 23-də qondarma vəzifəsindən azad edilsə də, hələ də Azərbaycan ərazisində qeyri-qanuni ictimai-siyasi və “xeyriyyə” fəaliyyətini davam etdirir…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər