Azərbaycanda məktəb direktoru "Ərtoğrul" oldu - İNANILMAZ VİDEO

Azərbaycanda məktəb direktoru "Ərtoğrul" oldu - İNANILMAZ VİDEO


Xəzər rayonunda yerləşən 124 saylı orta məktəbdə keçirilən Novruz şənliyi müzakirələrə səbəb olub.

Şənlik zamanı oynanan səhnəciklərdə məktəbin direktoru Adil Əliyev də rol alıb. O, səhnəciklərdə Ərtoğrul bəyi canlandırıb.

Direktor qırmızı rəngli xalat geyinərək, “kral” tacı taxaraq şagirdləri sıraya düzüb, müavinləri isə şagirdlərə “qalxın, Ertoğrul bəy gəlir” deyə göstəriş veriblər.
Bundan əlavə, direktorun çıxışı zamanı “bizim insanlığımız olarsa, İsraili də, Yaponiyanı da, ABŞ-ni da ötüb keçəcəyik” deməsi, birmənalı qarşılanmayıb.

Həmin görüntüləri təqdim edirik:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər