"İlk üç saatda Xankəndinin mərkəzində ağ bayraq qaldırılacaq" - DETALLAR

"İlk üç saatda Xankəndinin mərkəzində ağ bayraq qaldırılacaq" - DETALLAR


Bir neçə gündür Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrinin aktivliyi Azərbaycan Ordusu tərəfindən müşahidə olunur və baş verə biləcək hər hansı təxribatın qarşısının alınması üçün zəruri tədbirlər görülür. Belə ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb. İki gün öncə bu yöndə Azərbaycan əməliyyatçıları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 3 erməni terrorçusu məhv edilib.
Baş verən terror-təxribat cəhdlərinin artması və bölgədə hərbi vəziyyətin getdikcə gərginləşməsi Azərbaycan üçün növbəti anti-terror əməliyyatlarına başlamaq zərurəti yaradırmı? Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı yaranmış situasiyanı Bizimyol.info xəbər portalına şərh edən hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Azərbaycan iki istiqamətdə anti-terror əməliyyatları keçirə bilər:

“Son zamanlar baş verən məsələlər Azərbaycan və Ermənistan siyasi dialoqları konteksində qiymətləndirilməlidir. Artıq siyasi danışıqlar dalana dirənib, Ermənistan beş müddəalı sülh sazişi paketini qəbul etmir. Qarabağdakı seperatçı ermənilər də inteqrasiya üzrə təkliflərimizi rədd edirlər. İki seçimləri var idi - ya təklif edilənləri qəbul etmək, ya da hərbi əməliyyatlar. Dünən də qondarma qurumun “rəhbəri” Araik Arutyunyan Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, onlar heç bir inteqrasiyanı qəbul etmirlər, axıradək mübarizələrini aparacaqlar. Bu, əslində Azərbaycanın siyasi iradəsinə bir çağırışdır. Çağırış ondan ibarətdir ki, bu coğrafiyada bizim münasibətlər Qarabağda yaşayan ermənilərlə yalnız sərt gücün tətbiqindən sonra mümkün olacaq.

Bunlar Azərbaycan tərəfini həm təhrik edir, həm də tələsdirməyə çalışırlar. Təbii ki, sonuncu baş vermiş insdent – Xankəndi, Xəlfəli, Turşsu yolunun üzərində iki hərbçimizi şəhid etmələri qeyd etdiyimiz həmin anti-terror əməliyyatlarının keçirilməsini labüdləşdirir. Anti-terror əməliyyatlarının indiki mərhələdə keçirilmə məqsədi Qarabağ ərazisində olan qeyri-qanuni birləşmələrin tərkibindəki silahlı dəstələri zərərsizləşdirməkdən ibarətdir.

Biz Qarabağdakı erməniləri iki hissəyə bölməliyik: dinc, Azərbaycanla müharibə istəməyən ermənilər və silahlanaraq bizim ərazilərimizdə hərbçilərimizi şəhid edərək, özlərini hədəfə çevirənlər. Qeyri-qanuni birləşmələrin tərkibində yerləşən 6-8 min arası silahlı şəxslər Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəfləridir. Elə bununla bağlı artıq Müdafiə Nazirliyi də bəyanat verdi ki, qarşı tərəf keçirilə biləcək sərt tədbirlərə hazırlıqlı olsun. Heç zaman münaqişədən sonrakı dövrdə MN belə bir bəyanat verməmişdi. Bu bəyanatla da qarşı tərəfə sonuncu xəbərdarlıq edilir və seçimi nəyin üzərində edəcəklərini müyyənləşdirmələri gözlənilir. Bəli, indi anti-terror əməliyyatlarının keçirilməsinin tam zamanıdır, çünki biz nə qədər sülh üzərinə danışsaq da, inetqrasiya barədə mesajlar versək də Ermənistan tərəfi vaxtı uzadır və həmin vaxt da bizim əleyhimizə işləyir. Onlar indi Avropa İttifaqının yüzə yaxın heyətini Ermənistanda yerləşdiriblər və bir hissəsini də yerləşdirəcəklər. Bununla da vaxt qazanıb, həmin heyətləri BMT-nin hansısa institutlarının çətiri altında Qarabağa yerləşdirmək istəyəcəklər.

Ancaq bizim vaxt limitiz yoxdur. Ermənilərin bu hiyləgər siyasətlərini beynəlxalq platformalara daşıyaraq Azərbaycana təsir etməsi üzərinə anti-terror əməliyyatlarının keçirilməsinin də iki istiqaməti var: birinci istiqamət nöqtə əməliyyatları - xüsusi təyinatlılarımız və əməliyyat briqadalarımızın şəxsi heyətinin fəaliyyəti ilə bölgədə nə qədər əlisilahlı hədəf varsa, zərərsizləşdirilir. İkinci istiqamət: Hava Hücumu Vasitələrinin zərbə əməliyyatları – burada PUA-lardan istifadə edilərək, 6-8 min şəxsi heyəti olan silahlı-birləşmələrin 24 komanda-qərargah məntəqəsini elə 24 ədəd PUA vasitəsilə nöqtə atışları edərək zərərsizləşdirdikdən üç saat sonra Xankəndinin mərkəzində ağ bayraq qaldırılacaq. 10 noyabr sazişindən sonra üç rayonu bizə döyüşsüz təslim edən tör-töküntülər, hansı ki, bunu mühasirəyə düşüb məhv olmamaq üçün etmişdilər, indi bizimlə revanşist dilində danışmağa cəhd edirlər. Sanki Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd deyillər. Bəyəm çoxmu zaman keçdi ki, bunlar həmin tarixi unudurlar? Azərbaycan Silahlı Qüvvələrinə ümumi anti-terror əməliyyatı keçirmək üçün təkcə 24 saat vaxt lazımdır ki, həmin əməliyyatın ilk üç saatında Xankəndidəki ermənilər ağ bayraq qaldırıb, təslim olsunlar. Ancaq bizim oradakı dinc, silahsız sakinlərlə təbii ki, bir işimiz yoxdur.

Təbii ki bu anti-terror əməliyyatlarının konkret hədəfləri olduğu üçün Rusiya sülhməramlılarından da o qədər ehtiyatlanmamalıyıq. Ona görə ki, 1960 nəfəri onlar 29 müşahidə məntəqəsində yerləşdiriblər və hərəkət marşrutları da bəllidir, amma Qarabağın perimetri 500 km ərazidən ibarət olduğu üçün sülhməramlılarının atəş altında qalmamasını biz sığortalaya bilirik. Çünki qeyd etdiyimiz ağıllı hücum silahları konkret hədəfləri sıradan çıxaracaq. Hansı ki, biz bu fəaliyyətləri “Fərrux” və “Qisas” əməliyyatlarında da tətbiq etmişdik, nümunələri var. Ona görə də düşünürəm ki, cəmiyyətimizin istəyi üzərinə, həm də hərbçilərimiz öz torpaqlarımızda şəhid olmasın deyə bu problemi sonlandırmalıyıq. Necə ki, Azərbaycan daxilində digər xalqlar silahsız, münaqişəsiz, dinc şəkildə, bərabər yaşayırlarsa, ermənilər də bu seçimi etməlidirlər. Etmədikləri təqdirdə seçimləri anti-terror əməliyyatlarının hədəfinə çevrilmək olacaq. Onlar bunu bilməlidirlər” – deyə, hərbi ekspert gərgin vəziyyəti şərh edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər