Bakıda marketdə silahlı atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB(VİDEO)

Bakıda marketdə silahlı atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB(VİDEO)


Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

***

Hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər: "Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

***

Bakıda marketlərin birində silahlı atışma olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər