Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Bir çox şəxlər də var ki, bu işi özünə Vətən borcu kimi bilir və Şəhid ailələrinə, qazilərə, həmçinin müharibə veteranlarına əlindən gələn köməklikləri edirlər. Onlardan biri də Milan Hospitalın rəhbəri, xeyriyyəçi, iş adamı Xuraman Muradovadır.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir.

“Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir.

Klinikamız 1 yanvar 2014 -cü ildə Bakı şəhəri, Nərimanov rayonunda , işində tam peşəkar və tibbi ixtisaslaşmış mütəxəssis heyyəti ilə fəaliyyətə başlamışdır. Klinikamızda tibb elminin standartlarına cavab verən ən son model Avropa istehsalı avadanlıqlarla 24 saat yerli və xarici pasientlərimizə xidmət göstərilir. Göstərdiyimiz VİP xidmət, məsuliyyətli və gülərüz kollektiv, dəqiq proqnoz və müasir tələblərə cavab verən avadanlıqlarla aparılan hər növ laboratoriya analizləri klinikamızın açıq fərqlə Azərbaycandaki bir çox klinikalardan daha üstün olduğunu göstərir. Klinikamız gündən günə inkişaf edir və müalicədə dünya standartlarını tətbiq edir.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir


Klinikamız sizə nə vəd edir:
Dəqiq laboratoriya analizləri
Məsuliyyətli həkim müayinəsi
Hər pasientə individual yanaşma
Ən son model tibbi texnologiya ilə müayinə və müalicə


Klinikamızda pasientlərimizə yüksək səviyyədə və keyfiyyətdə cərrahi-stasionar, son dərəcə dəqiq laboratoriya analizləri ilə laboratoriya xidmətləri , ən müasir avadanlıqlardan istifadə olunaraq Fizioterapiya, Diaqnostika, və Ambulator xidmətlər göstərilir.

Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır.

Milan Hospitalın rəhbəri, xeyriyyəçi, iş adamı Xuraman Muradova - Tarixin bir çox mərhələsində Azərbaycanın əzəli torpaqları işğala, parçalanmaya, əhalisi isə sürgünə, qanunsuz həbslərə və kütləvi faciələrə məruz qalmışdır. Zaman-zaman baş vermiş bu hadisələrə bəzi hallarda hüquqi qiymət verilmiş, bəziləri isə tarixin qaranlıq səhifələrində bağlanmışdır. Azərbaycan xalqının xilaskarı dahi Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və cəsarəti nəticəsində XX-ci yüzilliyin sonlarında baş vermiş, xalqımıza qarşı törədilmiş soyqırım aktlarına 20 Yanvar və 26 Fevral-Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, günahkarlar ifşa olunmuşdur. Bəli, o 26 Fevral ki, Xocalıda erməni faşistləri günahsız, əliyalın, silahsız mülki insanları amansızcasına qətlə yetirdilər. Bu hadisə bütün dünyaya erməni vandalizmini sübut edən tarixi faktdır. Vəhşicəsinə davranış ermənilərin ikiüzlü, riyakar və qaniçən siyasətini ortaya qoydu. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək;- "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir


1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Dahi şəxsiyyət hələ Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.

Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası həyata keçirilmiş və dünyanın yüzədək ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirilmişdir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, DVD-disklər buraxır, filmlər çəkir. Ümumilikdə qeyd etmək lazımdır ki, 2008-ci ildən başlayaraq “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada yüzlərlə aksiya keçirilib və bu da məhz Xocalı hadisələrini törədnlərin dünya ölkələrində tanıdılmasında, erməni vandalizminin faktlarla sübut olunmasında böyük rol oynamışdır.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir


Doğma yurdlarından köçkün düşmüş və Azərbaycanın 50-yə yaxın rayonunda məskunlaşmış Xocalı sakinləri Vətən müharibəsi başlayanadək Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşamışlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirdilər. Bir tarixi faktı qeyd etməliyik ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarından birində vurğuladı ki, beynəlxalq ədalət və hüquq yoxdur, biz özümüz ərazi bütövlüyümüzü bərpa etmək üçün illərlə çalışdıq və tarixi Qələbəni əldə etdik. Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, qətiyyəti, güclü siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində əsrlərdir azərbaycanlılara qarşı törədilmiş soyqırımların, terror-təxribat aktlarının qisası cəmi 44 gün ərzində alındı. Vətən müharibəsi Qələbəsi həm tarixi torpaqlarımızın işğaldan azad olunması, həm də 20 Yanvar, Xocalı soyqırımı, ümumilkdə Birinci Qarabağ müharibəsindən əvvəl və sonrakı müddətdə Vətənimizin azadlığı uğrunda şəhadətə ucalan qəhrəmanlarımızın intiqamının alındığı böyük tarixi hadisə oldu. Bu gün müstəqil Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Əminliklə söyləmək olar ki, bir daha heç kim bizim torpaqlarımızı işğal edə, vətəndaşlarımızı öz doğma-dədə baba yurdlarından zorla köçürə bilməyəcək. Ona görə ki, Azərbaycanın güclü Lideri vardır. Cənab Prezidentimizin apardığı müdrik siyasət bizim qalib xalq kimi təhlükəsiz, firavan və sülh şəraitində yaşamağımızı təmin etmişdir.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xuraman Muradovanın diqqətindədir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər