Oqtay Əsədov: Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub

Oqtay Əsədov: Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub


Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Milli Məclisin sabiq spikeri, Azərbaycan Tennis Federasiyasına prezidenti Oqtay Əsədov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Oqtay Əsədov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Oqtay Əsədov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Milli Məclisin sabiq spikeri, Azərbaycan Tennis Federasiyasına prezidenti Oqtay Əsədov - Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Bu gün də Türkiyənin ən çətin anlarında Azərbaycan onun yanındadır.

Oqtay Əsədov: Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub


"Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə söhbət edərkən bildirib. Cənab Prezident bu zəlzələnin çox böyük bəla, böyük faciə olduğunu bildirərək hadisənin bizi çox sarsıtdığını qeyd edib: "Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar.

Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın vətəndaşlarımızın bu çətin günlərdə qardaş Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstəyi həm də Azərbaycan xalqının insani dəyərlərə nə qədər bağlı olduğunu bir daha sübut etdi. Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər də axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları təhvil verirlər.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Türkiyə tarixinin ən çətin sınaqlardan keçdiyi bütün dönəmlərdə də Azərbaycan hər cür maddi yardımı ilə qardaşının imdadına yetişmişdi.

Oqtay Əsədov: Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub


Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub. Eləcə də Vətən müharibəsində qardaş ölkənin yaxından dəstəyini hiss etməyimiz bizə ruh, güc verib. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər