Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib

Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül-çiçək dəstələri düzülüb. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirakçıları 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək, Azərbaycan gəncliyinin Ümummilli lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam etdirən, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək, yeni-yeni uğurlara imza atmasından, cənab Prezidentin gəncliyimizin inkişafı üçün bir-birinin ardınca imzaladığı mühüm dövlət sənədlərinin Azərbaycan gəncliyinin ən ali səviyyədə yetişib inkişafı üçün atılan addımlar olmasından bəhs etdi. 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirmiş olduğunu diqqətə çatdırdı. Daha sonra YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, fəal gənc, ekoloji aksiya iştirakçısı Rəvanə Hidayətova, taekvondo idman növü üzrə ölkə birinciliyinin bürünc medalçısı Safura Qurbanova çıxış edərək gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif idman növlərinin Zərdab rayonunda inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilmiş silsilə tədbirlərdən və qazanılmış nailiyyətlərdən bəhs etdilər. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Toplantıda rayonun ictimai həyatında fəaliyyətlərinə görə fərqlənmiş gənclərə və idmançılara Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr, Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş gənclərə partiya vəsiqələri təqdim edildi.
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Zərdabda 2 fevral Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda rayon gənclərinin ümumrayon toplantısı keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər