İRAN İZ AZDIRMAQ ÜÇÜN BUNA GEDƏCƏK... - Yasin Hüseynzadəni aradan götürəcəklər

İRAN İZ AZDIRMAQ ÜÇÜN BUNA GEDƏCƏK... - Yasin Hüseynzadəni aradan götürəcəklər


Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir.

Bu sözləri Axar.az-a 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb:

“Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqlərin ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”.

Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər