Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib

Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib


Fevralın 1-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda ziyalıların, gənclərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ötən ilin dekabr ayının şəhər üçün olduqca əlamətdar hadisələrlə zəngin olduğunu, Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şəki rayonuna səfər etdiyini, bir sıra obyektlərdə yaradılan şəraitlə və aparılan bərpa-təmir işləri ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, cənab Prezident Şəkiyə 11 dəfə səfər etmiş, bu səfərlər zamanı 31 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmiş, həmin obyektlərdə yaradılan şəraitlə tanış olmuş, qısa müddətdə Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı 23 Sərəncam imzalamışdır.

Sonra icra başçısı Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli“ elan edildiyini, bununla bağlı Tədbirlər Planının təsdiq edildiyini bildirib, şəhər icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir. Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində yurdumuzun sosial-iqtisadi, mədəni yüksəlişi üçün tədbirlər həyata keçirilmiş, milli şüurun oyanışı istiqamətində zəruri işlər görülmüşdür. Ümummilli liderin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə canından artıq sevdiyi Azərbaycanı, xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi.

Vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması Ümummilli liderimizin ən böyük tarixi xidmətidir.

Tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi daha böyük uğurlara aparır. Ulu öndərin şah əsəri olan güclü Azərbaycanımız müstəqilliyini və suverenliyini qorumağa qadir olduğunu 44 günlük Vətən Müharibəsində böyük Zəfər qazanmaqla təsdiq etdi.

Sonda Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni seçilmiş üzvləri tədbir iştirakçılarına təqdim olunub.


Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Şəkidə “Vətənə və dövlətə layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər