Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk

Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk


“Shokki Mokki” ilə “Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə!”

Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk


Azərbaycanın qida sektorunda ilk uşaq markası olan “Shokki Mokki” özünün “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirməkdədir. Markanın bu istiqamətdə növbəti addımı UAFA təşkilatı ilə birgə qoşulduğu “Məktəbim” layihəsidir.

“Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniya çərçivəsində, Siz mağazalardan “Shokki Mokki” məhsulları almaqla “Məktəbim” layihəsinə dəstək verə bilərsiniz.

Layihənin məqsədi əlillik, aztəminatlı və ya ucqar kəndlərdə yaşamaq səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqlar üçün alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdır. Bu sosial kampaniya çərçivəsində 2023-cü ilin sonuna qədər hər birində 20 uşağın təhsil alacağı 300 məktəbəqədər tədris müəssisəsinin açılması nəzərdə tutulur. Hazırda bu say 50-dir.

Bununla yanaşı, “Məktəbim” layihəsinin icra edilməsinə bölgələrdən qadınlar da cəlb ediləcək ki, bu da onların məşğulluğunun təmin olunmasına mühüm töhfə deməkdir.

Bütün Azərsun ailəsini “Shokki Mokki” məhsulları alaraq “Məktəbim” kampaniyasına dəstək olmağa dəvət edirik.

*****

'Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl - 1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmağa başladı.

İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, digərləri isə istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə işsizlərdən ibarət böyük bir ordu yarandı. Artıq 1993-cü ildə Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün müvafiq tədbirlər görməyə başladı. 1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Həmin iş adamları arasında “Azərsun Holdinq” Şirkətlər Qrupunun qurucusu Abdolbari Gozal da vardı. A.Gozal gəlişi ilə “İntersun” Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyini yaratdı. İlkin mərhələdə ölkəni təməl qida məhsulları ilə təmin edərək bazardakı ərzaq çatışmazlığını aradan qaldırdı. Bunu yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev Abdolbari Gozalı qəbul edərək bunları söylədi: “...Siz fəaliyyətinizi dürüstlük üzərində qurmuşsunuz. İndi ticarətlə məşğulsunuz, lakin camaat işsizdir, sənaye sahələrinə sərmayə qoyun, qabaqcıl olun, işçi çalışdırın və önə keçin...”

Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk


Ulu Öndərin bu sözlərini rəhbər tutan A.Gozal, 1994-cü ildə ilk olaraq birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müəssisələri müasir avadanlıqlarla təchiz etdi və bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə vermiş oldu. Növbəti illərdə Azərbaycanın müxtəlif bölgələrində (Xaçmaz, Biləsuvar, Lənkəran, Qazax) 4 konserv zavodunu istismara verməklə minlərlə fermerin öz məhsulunu sataraq gəlir əldə etməsinə şərait yaratdı. 2006-cı ildə 110 hektar ərazini əhatə edən və regionun ən böyük İmişli Şəkər Zavodu istismara verildi ki, bu müəssisənin fəaliyyəti İmişli rayonu ilə bərabər Azərbaycanın digər bölgələrinin də inkişafına müsbət təsir göstərdi. Həmin il “Azərsun Holdinq” tərəfindən Biləsuvar rayonunda 4500 hektarlıq əkinə yararsız şoran ərazidə rekultivasiya işləri aparıldı, drenaj kanalları çəkildi və ərazi müasir kənd təsərrüfatı avadanlıqları, suvarma sistemi və aqrotexniki avadanlıqlarla təchiz olundu.

Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk


2010-cu ildə “Azərsun Holdinq”, UNICEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair Proqramı”na uyğun olaraq Masazır Duz Zavodunu istismara verdi. Qısa müddət ərzində bu müəssisənin fəaliyyəti nəticəsində ölkəmiz duz idxal edən ölkədən ixracatçı ölkəyə çevrildi. Bundan əlavə, 2010-cu ildə “Azərsun Holdinq” tərəfindən Azərbaycanın ilk müasir ticarət mərkəzi olan, 48.000 m2 sahəni əhatə edən “Park Bulvar” AVM istifadəyə verildi. Növbəti il isə Şirkətlər Qrupu Azərbaycanın pərakəndə satış bazarına yeni nəfəs gətirən və gündəlik 50 mindən artıq insana xidmət göstərən “Bazarstore” super marketlər şəbəkəsini yaratdı. İqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatıraraq minlərlə insanın işlə təmin olunmasına müvəffəq olan “Azərsun Holdinq” 2013-cü ildə Kürdəmir Süd Emalı Zavodunu istismara verdi.

Fəaliyyətində ətraf mühitin mühafizəsini prioritet hesab edən “Azərsun Holdinq” 2014-cü ildə Sumqayıt şəhəri yaxınlığında yerləşən “Azərsun Sənaye Parkı”nın inşasını yekunlaşdırdı. Bu kompleksdə Sumqayıt Yağ Fabriki və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı nəzdində Kağızın Təkrar Emalı müəssisəsi də fəaliyyətə başladı.

Abdulbari Gözəl: Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk


İstehsal fəlsəfəsi “tarladan süfrəyə” olan “Azərsun” məhsullarının qablaşdırmalarının hazırlanması Şirkətlər Qrupunun Xırdalan Karton Fabriki və Metal Qablaşdırma müəssisələri tərəfindən həyata keçirilir. İldən-ilə fəaliyyət sahələrini artıraraq qida istehsalı, kənd təsərrüfatı, qablaşdırma və kağız sahələrinə aid 30-dan artıq müəssisəni istifadəyə verən “Azərsun Holdinq”, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir Holdinqə çevrilib. Şirkətlər Qrupunun müəssisələri tərəfindən istehsal olunan məhsullar Azərbaycanın qida və ərzaq təhlükəsizliyini tam təmin etməklə yanaşı, dünya bazarlarında da satışa çıxarılır ki, bu da ölkəmizin ixrac potensialına mühüm töhfə vermiş olur.

Dəyərlərimiz

1. Ədalət və düzgünlük
Fəaliyyət istiqamətlərimizin təməlində ədalət anlayışı durur - tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik.

2. Fəaliyyət
Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq.

3. Keyfiyyət
Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir.

4. Məsuliyyət
İstehsal etdiyimiz hər bir məhsulda insan sağlamlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik.

5. Əxlaq
Gözəl əxlaqa malik insanları işə qəbul edirik, işçilərimizin "öz işinin lideri" olduğuna inanırıq.

6. İnam
İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk.

7. Komanda ruhu
İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk.

8. Əməkdaşlıq
İşçilərimizə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq.

9. Çeviklik
Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük.

10. Təşkilatçılıq
Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk.

11. Bərabərlik
Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

12. Texnoloji “know-how”
Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz “know-how”umuzu formalaşdırırıq.

13. Mükəmməllik
Ümumi keyfiyyət həyatımızdır.

14. Cəmiyyətə faydalı olmaq
Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin əhalisinin etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk.

15. Ətraf mühiti qoruma
Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq.

16. Qanunlara riayət
Olduğumuz ölkənin qayda-qanunlarına tabe oluruq.

17. Gələcəyə baxış
Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik.

18. Sevgi və hörmət
Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləri ilə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik.

19. Ədalətli rəqabət
Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər